Azərbaycan könüllülük modeli İslam Əməkdaşlıq Təşkilatı ölkələrində tətbiq olunacaq

GƏNCLİK
21:17 24.02.2022
1305
İslam İnkişaf Bankının (İİB) təşəbbüsü ilə İİB nümayəndələrinin Gənclər Fondu və Azərbaycan Könüllü Təşkilatları İttifaqı (AKTİ) ilə görüşü keçirilmişdir. Görüşdə ölkəmizin zəngin könüllü təcrübəsinin İslam Əməkdaşlıq Təşkilatı ölkələrində tətbiq olunması müzakirə edilmişdir.

İİB nümayəndələri Azərbaycan könüllülük modelini ötən ilin dekabrından etibarən tədqiq edərək yüksək qiymətləndirdiklərini, xüsusilə də gənclərin fərdi inkişafı və dövlət qurumlarına dəstək baxımından effektiv mexanizm kimi dəyərləndirdiklərini bildirmişlər. Bu baxımdan bu təcrübənin digər ölkələrdə tətbiqinə İİB tərəfindən dəstək verilməsi qərara alınmışdır.

Görüşdə qeyd olunmuşdur ki, son on ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi ilə Azərbaycanda könüllü hərəkatı geniş vüsət almış və ictimai maarifləndirmə, dövlət xidmətlərinin vətəndaşlara çatdırılması, ətraf mühitin mühafizəsi, incəsənət, mədəniyyət, turizm və digər sahələrdə on minlərlə könüllünü özündə birləşdirən 21 könüllü təşkilatı və hərəkatı formalaşmışdır. Son illərdə ölkəmizin ev sahibliyi etdiyi "Eurovision-2012” mahnı müsabiqəsi, 2015-ci il birinci Avropa Oyunları, 2017-ci il IV İslam Həmrəyliyi Oyunları, "Formula -1” qran-pri yarışları və digər irimiqyaslı mötəbər tədbirlərin təşkilində könüllülər aparıcı rol oynamışlar.

Bununla yanaşı, könüllülər ölkəmiz üçün taleyüklü məsələlərdə də dövlət qurumlarına dəstək verirlər. Buna misal kimi, 2020-ci ildən etibarən dövlət başçısının çağırışına uyğun olaraq, gənclər könüllü qismində pandemiya ilə mübarizədə səhiyyə və hüquq mühafizə işçiləri ilə çiyin-çiyin ictimai maarifləndirmə fəaliyyətini həyata keçirmiş, sosial həssas kateqoriyadan olan vətəndaşlara yardımların çatdırılmasında iştirak etmişlər. Həmçinin, II Qarabağ müharibəsi dövründə erməni hücumundan zərər çəkmiş ailələrin dəstəklənməsində fəal olmuşlar.

Görüşün sonunda könüllü sahəsində azərbaycanlı mütəxəssislərin və təşkilatların hədəf ölkələrə İİB-nin dəstəyi ilə təcrübə və araşdırma səfərlərinin təşkil edilməsi və Azərbaycan könüllülük modeli əsasında könüllülük platformalarının yaradılması razılaşdırılmışdır.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb