Azərbaycan könüllüsü Türkiyə Prezidenti tərəfindən təltif olunub – FOTO

GƏNCLİK
12:07 26.04.2023
8395
Türkiyədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək vermiş Azərbaycan könüllüsü, Vətən Müharibəsi iştirakçısı, Azərbaycan Könüllü Təşkilatları İttifaqının nümayəndəsi Ayxan Allahverdiyev Türkiyə Respublikasının yüksək mükafatına layiq görülüb.

AZXEBER.COM xəbər verir ki, Ankarada keçirilən mərasimdə Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayxan Allahverdiyevə "Türkiyə Respublikası Dövlət Üstün Fədakarlıq Medalı”nı təqdim edib.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin çağırışına dərhal qoşulan Azərbaycan könüllüləri Türkiyədə bir ay ərzində on minlərlə zərərçəkmiş şəxsə öz kömək əlini uzadıb, qardaşlıq borcunu yerinə yetiriblər. 

Ölkə başçısının "Bir yumruq, bir ürək, bir can” şüarını rəhbər tutaraq qardaş ölkədə zəlzələ bölgələrində bu fəaliyyəti Azərbaycan gənclərinin həm müddət, həm də say baxımından mütəşəkkil formada ölkəmizdən kənarda humanitar yardım istiqamətində təşkil olunmuş ilk könüllü fəaliyyəti kimi tarixə düşüb.
 
Azərbaycanlı könüllülər zəlzələ bölgəsində çox çətin şəraitin olmasına, dağılmış ərazilərə yetişməyin çətinliklərinə baxmayaraq, uzun yol qət edərək, zəlzələdən zərərçəkənlərin köməyinə çatıb. Azərbaycan gənclərinin Türkiyədəki bu nəcib fəaliyyəti və Azərbaycan könüllüsünün qardaş dövlətin başçısı tərəfindən təltif edilməsi Azərbaycan-Türkiyə qardaşlığının növbəti təzahürüdür.

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb

20:36 06.02.2025

Fransada hərbi xərclər 3,3 milyard avro artırılacaq

20:24 06.02.2025

Google işçi qəbulunda inklüzivlikdən imtina edəcək

20:17 06.02.2025

Elnur oğlunun ad gününü qeyd edəcək

20:10 06.02.2025

Finlandiyada rusiyalılara daşınmaz əmlak əməliyyatlarının aparılması qadağan edilə bilər

19:54 06.02.2025

“Azxeber Media” ilə “Manqıstau media” arasında memorandum imzalandı- FOTOLAR

19:49 06.02.2025

Polşa hərbçilərinin sayını 230 minə çatdırmağı planlaşdırır

19:35 06.02.2025

ABŞ 104 Hindistan vətəndaşını deportasiya edib