Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb

Azərbaycan komandası FIFA U-15 dünya çempionatına böyükhesablı qələbə ilə başlayıb
İDMAN
20:53 24.10.2026
248
Azərbaycan komandası Bakıda keçirilən U-15 dünya çempionatı və festivalında ilk oyununu keçirib.

AZXEBER.COM-un məlumatına görə, Famil Xəlilovun baş məşqçisi olduğu kollektiv Timor-Leste yığması ilə üz-üzə gəlib.

Bakı Kristal Zalındakı qarşılaşma Azərbaycan seçməsinin qələbəsi ilə yekunlaşıb - 6:0.

Qolları Müşfiq Zamanov (2), Yusif Əlizadə, Həsən Məhmədov (2) və Asif Allahverdizadə vurublar.

Xatırladaq ki, U-15 dünya çempionatı oktyabrın 30-da başa çatacaq. Azərbaycan komandası oktyabrın 25-də saat 12:45-də Andorra, saat 19:30-da isə Avstraliya yığması ilə qarşılaşacaq. Hər iki görüş Hövsan Yarış Kompleksinin 10A meydançasında baş tutacaq. Milli komanda oktyabrın 26-da saat 11:30-da İsrail, saat 18:15-də isə Haiti yığması ilə həmin meydançada üz-üzə gələcək.

OXŞAR XƏBƏRLƏR