Azərbaycan martın 25-də yay vaxtına keçəcək

Azərbaycan martın 25-də yay vaxtına keçəcək
Bütün Xəbərlər
00:35 05.03.2012
1364
Martın 24-dən 25-ə keçən gecə Azərbaycan yay vaxtına keçəcək.Bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Mətbuat katibi bildirib ki, mart ayının son bazar günü ( 25 mart) saat 4:00-da əqrəblərin 1 saat irəli çəkilməsi ilə Azərbaycan yay vaxtına keçəcək. Azərbaycanda “yay-qış” mövsümünə keçidin ləğv olunması ilə bağlı müzakirələrə gəldikdə isə Akif Əli bildirib ki, bu hələlik bir təklifdir. Saatların dəyişilməsi Nazirlər Kabinetinin 17 mart 1997-ci il tarixli qərarına əsasən həyata keçirilir. Bu qərar hələ qüvvədədir. Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, yay vaxtına keçid mart ayının hər sonuncu bazar günü həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR