Azərbaycan martın 7-dən Rusiyaya qaz vermir

Azərbaycan martın 7-dən Rusiyaya qaz vermir
Bütün Xəbərlər
13:47 13.03.2012
1477
Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) Rusiyaya qaz təchizatını dayandırıb. Şirkətin mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev ANS PRESS-ə bildirib ki, buna səbəb magistral qaz kəmərində təmir işlərinin aparılmasıdır. Qaz təchizatı martın 7-dən dayandırılıb. Təmir işləri qaz kəmərinin Rusiya ilə sərhəd hissəsində aparılır. Bu səbəbdən də bu, Azərbaycanın şimal rayonlarının qaz təchizatında problem yaratmayıb. ARDNŞ təmir işlərindən sonra qaz təchizatını bərpa edəcək. Amma dəqiq tarix məlum deyil.
OXŞAR XƏBƏRLƏR