"Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsi 7 ay müddətində davam edib. Layihə çərçivəsində Azərbaycan mediasının bütün istiqamətləri üzrə tədqiqatlar aparılıb, sorğular keçirilib. Medianın fərqli istiqamətləri üzrə 4 toplantı keçirilib. İyul, avqust, sentyabr və oktyabr aylarında reallaşdırılan toplantılardan layihə çərçivəsində görülmüş işlər təhlil olunub.
Bu sözləri Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə keçirilən, "Azərbaycan media landşaftı üzrə məlumat bazasının yaradılması” layihəsinə həsr olunan tədbirdə çıxışı zamanı Mətbuat Şurasının sədri Rəşad Məcid deyib.
Onun sözlərinə görə, indiyədək layihə çərçivəsində nəzərdə tutulan 12 tematik məqalə hazırlanıb və yayımlanıb:
"Nəzərdə tutulan 12 tematik məqalənin hamısı hazırlanıb və onların yayımı həyata keçirilib, eyni zamanda məqalələr "Azərbaycanın media landşaftı” kateqoriyasında yerləşdirilib”.
Mikayıl Mirzəzadə