Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb?

Azərbaycan mediasına kiberhücum - "Global Media Group"u kimlər hədəfə alıb?
MEDIA
19:20 21.02.2025
1505

Fevralın 20-də ölkəmizin bir sıra nüfuzlu onlayn media resurslarına qarşı kütləvi haker hücumu yaşanıb. Konkret olaraq, "Global Media Group"un nəzdində fəaliyyət göstərən resurslar hədəfə alınıb. "Global Media Group"un məsələ ilə bağlı yaydığı açıqlamada deyilir ki, bu kiberhücumlarla əlaqədar "Report.Az", "Oxu.Az", "Media.Az", "Baku.ws", ''Caliber.Az" saytlarında və "Baku TV"nin fəaliyyətində problemlər yaranıb. Bildirilib ki, serverlərə və saytların panelinə sızmalara cəhd edilib və giriş səhifələrinə dini məzmunlu şəkillər yerləşdirilib. "Xüsusi qeyd etmək istərdik ki, bu, adi DDoS hücumu yox, peşəkar, hərtərəfli kiberhücumdur", - deyə açıqlamada qeyd olunub.

Yeri gəlmişkən, kütləvi hücumla bağlı Medianın İnkişafı Agentliyi də (MEDİA) açıqlama yaydı və bildirdi ki, bu hadisə Azərbaycanın informasiya təhlükəsizliyinə təhdid kimi qiymətləndirilir. "Ölkəmizin informasiya təhlükəsizliyinə yönəlmiş bu hücum bir daha sübut edir ki, milli informasiya məkanımız daima ictimai fikri çaşdırmaq istəyən qüvvələr tərəfindən nəinki dezinformasiya və yanlış xəbərlərin yayılması, habelə media infrastrukturuna müdaxilə olunaraq məlumatın mənbədən silinməsi və dəyişdirilməsi cəhdləri ilə hədəfə alınır", - deyə açıqlamada qeyd edilib.

Baş verən bu hadisə ölkə mediası və ictimaiyyət arasında rezonansa səbəb oldu. Çünki "Global Media Group"un açıqlamasında da qeyd olunduğu kimi, bu, mütəşəkkil dəstə tərəfindən ciddi hazırlanmış aksiya idi, adi DDos hücumu deyildi. Kiber hücumu təşkil edənlər saytların giriş hissəsinə "hüseynçilər" loqosu yerləşdirməklə, əməllərinin arxasında dini motivlərin olduğu görüntüsü yaratmağa çalışdılar. Bununla da, kiber hücumun İranla bağlanılmasına cəhd edildi. Bu isə kiber hücumu təşkil edənlərin sadəcə iz itirməsindən başqa bir şey deyil.

Kiber hücumla bağlı ən müxtəlif ehtimallar var və bunlardan əsas kimi daha çox ikisinin üzərində dayanmaq istərdik. Birinci ehtimal Rusiyada AZAL-a məxsus təyyarənin vurulması və ardınca "Rus evi" ilə bağlı "Global Media Group"un nəzdində fəaliyyət göstərən onlayn resurslarda dərc olunan materiallardır. Məhz bu araşdırmalar Rusiya mediası və ictimai dairələrində ciddi rezonans doğurdu və Azərbaycanın media resursları hətta məhkəmə ilə də hədələndi. Nəticə isə ortadadır. Azərbaycan tərəfi həmin "Rus evi"nin fəaliyyətinin dayandırılması barədə qərar qəbul etdi. Yəni kiber hücumun səbəblərindən biri bu ehtimal ola bilər.

Digər bir məsələ. "Global Media Group"una daxil olan media resursları uzun müddətdir ki, Fransa və digər ölkələrin dekolonizasiya siyasətinə qarşı tənqidi materiallarla çıxış edir. Bakı Təşəbbüs Qrupunun neokolonializmə qarşı keçirdiyi beynəlxalq konfranslar bu media resurslarında geniş şəkildə işıqlandırılır və onların beynəlxalq aləmdə yayılması təşviq edilir. Yəni kiberhücumun səbəblərindən biri də bu ola bilər. Dəfələrlə Bakı Təşəbbüs Qrupunun (BTQ) dəstəyi ilə Fransanın Afrikada və dənizaşırı əyalətlərdə neokolonializm siyasəti mövzusunda beynəlxalq konfranslar, tədbirlər keçirilib, müxtəlif qətnamələr qəbul edilib. Tədbirlərdə Seneqal, Burkina Faso, Kamerun, Qvineya Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Nigerdən, həmçinin Yeni Kaledoniya və Mayotta adasından olan nümayəndələr iştirak edib. Həmin tədbirlərin məqsədi Fransanın Afrikadakı neokolonial siyasətinin aktual məsələlərini və onun bu dövlətlərin sosial-iqtisadi inkişafına təsirini müzakirə etmək olub. Müstəmləkə keçmişini nəzərə alaraq Afrika dövlətləri üçün mərkəzi məsələlərdən biri olaraq qalan suverenlik mövzusuna xüsusi diqqət yetirilib.

Müstəmləkəçiliklə mübarizə məqsədilə yaradılan Bakı Təşəbbüs Qrupu tək ötən 2024-cü ildə beş memorandum imzalayıb. Xarici tədqiqatçılar tərəfindən iki sanballı hesabat hazırlanıb. Bundan əlavə, təkcə Fransa deyil, digər müstəmləkəçi dövlətlərə qarşı da iş aparılıb. Dəfələrlə vurğulanıb ki, BTQ-nin mübarizəsi qətiyyən Fransa xalqı və ya dövləti ilə deyil. BTQ yalnız Fransa müstəmləkələrinin haqq səsini dünyaya çatdırır, müstəmləkəçiliklə mübarizə aparır. BTQ-nin yaydığı bəyanatlarda da bildirilib ki, fəaliyyət göstərdiyi müddətdə müstəmləkə altındakı xalqların problemləri gündəmə gətirilib və bu təşəbbüs davam edəcək.

Bu səbəbdən də sonuncu ehtimalın üzərində bir qədər geniş dayanmaq da olar. Məsələ ondadır ki, məhz Fransa Azərbaycanın neokolonializmə qarşı mübarizəsinin ardınca ölkəmizə casus göndərmək kimi rəzil bir addıma yol verdi. Hazırda da həmin şəxsin Bakıda məhkəmə prosesi keçirilir.

Təbii ki, sadalanan bütün məsələlər ehtimallardır və bunların üzərində də araşdırmalar aparılmalıdır. Onlar da bəlli olduqdan sonra yekun fikir səsləndirmək olar.

"Report" İnformasiya Agentliyi

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
10:26 17.10.2026
Rusiya ordusu Jitomirdə elektrik yarımstansiyasına zərbə endirib
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
10:09 17.10.2026
Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
10:07 17.10.2026
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
09:54 17.10.2026
Tramp: Ukraynadakı münaqişə başa çatmalıdır
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
09:42 17.10.2026
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
09:34 17.10.2026
Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
09:29 17.10.2026
Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
09:21 17.10.2026
İstanbulda sel fəlakəti: Həlak olanların sayı artdı
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
09:14 17.10.2026
İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
09:03 17.10.2026
Azərbaycan Premyer Liqası: "Qarabağ" bu gün "Neftçi"ni qəbul edir
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
08:59 17.10.2026
SEPAH: Hörmüz boğazından keçməyə çalışan supertanker minaya düşüb
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
08:52 17.10.2026
Meksika sahillərində gəmi qəzası nəticəsində 11 nəfər itkin düşüb
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
08:45 17.10.2026
ABŞ-də məktəbə silahlı hücum edən şəxs həmin məktəbin keçmiş şagirdi imiş
İran Hörmüzün açılması üçün şərtini açıqladı
08:37 17.10.2026
İran Hörmüzün açılması üçün şərtini açıqladı
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
08:30 17.10.2026
Türkiyədə dönərdən 88 nəfər zəhərləndi - 77-si şagirddir
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər
08:23 17.10.2026
KİV: ABŞ Ukraynaya silah tədarükünü məhdudlaşdıra bilər