Azərbaycan mətbəxini dünyada tanıdan aşpaz ölüb

Azərbaycan mətbəxini dünyada tanıdan aşpaz ölüb
Bütün Xəbərlər
14:39 04.12.2011
2998
Azərbaycan kulinariyya mədəniyyətinə ağır itki üz verib. Bu səhər Azərbaycanın məşhur aşpazı Şah Hüseyn Kərimov dünyasını dəyişib. Bu barədə onun kürəkəni Rövşən Təhməzov ANS PRESS-ə məlumat verib. Onun sözlərinə görə, Şah Hüseyn Kərimov bir müddət əvvəl boğazından əməliyyat olunmuşdu. 64 yaşlı aşpaz uzun müddət Azərbaycan kulinariyya mətbəxinə öz tövfələrini verib. Şah Hüseyn Kərimov Milli Kulinariya Assosiasiyasının fəxri üzvü olub. Assosiasiyanın prezidenti Tahir Əmiraslanov ANS PRESS-ə açıqlamasında bildirdi ki, Şah Hüseyn Kərimov yaxşı aşpaz olmaqla yanaşı, Azərbaycan kulinar mədəniyyətinin təmsilçilərindən biri olub. “Onun çoxlu şagirdləri var. Azərbaycan mətbəxini dünya ölkələrində tanıtdırırdı. Bir çox mükafatlar qazanıb. İstəyirdi ki, zəhməti itməsin. Onun ölüm xəbəri bizi, bütün Azərbaycan kulinarlarını sarsıtdı”.
OXŞAR XƏBƏRLƏR