Demokratik İslahatçı Gənclər İctimai Birliyinin sədri Vüsalə Hüseynli Hyatt Regency otelində "Rəqəmsal Hüquqlar - Perspektivlər və Reallıqlar" adlı konfransda qeyri-adi açıqlaması ilə gündəmə gəlib.
Azərbaycanda normal mətbuat orqanlarının mövcud olmadığını deyən QHT rəhbəri İlham Əliyevin bu səbəbdən yerli mediaya müsahibə vermədiyini diqqətə çatdırıb.
Belə görünür ki, özünü iqtidaryönlü ictimai birliyinin rəhbəri kimi təqdim edən “xanım lider” qaş düzəltmək əvəzinə göz çıxarıb.
Vüsalə xanımın diqqətinə çatdırmaq istəyirik ki, İlham Əliyev mətbuatın inkişafı istiqamətində çoxsaylı islahatlar həyata keçirib. Bu xüsusda ölkə başçısının “Jurnalistlərin dostu” mükafatına layiq görülməsi və mükafatı aldığı zaman bunu özü üçün fəxr saydığını bildirməsi Vüsalə xanımın iddialarının təkzibi rolunda çıxış edir. Digər tərəfdən İlham Əliyev regionlara səfərləri, əhali ilə təmasları zamanı mətbuat orqanları qarşısında çoxsaylı mesajlar verib ki, bunu həm də yerli mətbuata açıqlaması kimi də qəbul etmək olar. Prezidentin bir ildə 2 dəfə jurnalistlərlə görüşməsi də bu qəbildən olan hadisələrdəndir.
O ki qaldı İlham Əliyevin xarici mediaya müsahibələrinə, qeyd edək ki, Prezident bu müsahibələr zamanı Azərbaycan həqiqətlərinin dünyaya yayılması, erməni lobbisinin ifşası istiqamətində çıxışlara üstünlük verib ki, bu da ölkəmizin təbliği yönündə ciddi adddım kimi qiymətləndirilə bilər.
Xanım QHT rəhbərinin arqumentsizlikdən əziyyət çəkməsi və bu səbəbdən yerli mətbuatı hədəf seçməsi yalnız təəssüf doğurur. Azərbaycanda əksər QHT-lərin media ilə münasibətlərdən yayınması, Prezident Adminstrasiyasının rəhbərliyi saəviyyəsində qrant alan ictimai birliklərin mətbuatla münasibətlərinin vacib faktor kimi önə çəkilməsi göstərir ki, Vüsalə xanımın timsalında əksər QHT-lər bundan düzgün nəticə çıxarmayıb. Bu həm də onların siyasi baxımdan yetkin olmadığını, kütləvi tədbirlərdə əsaslı dəlillər gətirmək bacarığına yiyələnmədiyi faktını da ortaya qoyur.
Onu da qeyd edək ki, Vüsalə Hüseynlinin bu çıxışı sosial şəbəkələrdə də birmənalı şəkildə pislənilib. Jurnalistlər və ictimai-siyasi xadimlər belə münasibətə görə, xanım QHT sədrini kəskin tənqid ediblər.
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli bu haqda yazıb: Günah bizdədir! Bu QHT-lərin məlumatlarını baykot eləmək lazımdı... O zaman görək onların fəaliyyətindən kim xəbər tutacaq. Məlumatlarını Röytersə, BBC-yə, CNN-ə göndərərlər. Azərbaycanda bir köşə yazarının, yaxud istedadlı bir jurnalistin yazdığı yazının verdiyi rezonans əksər QHT-lərin fəaliyyətində daha effektiv və daha gərəklidir!
Tanınmış teleaparıcı İlqar Mikayıloğlu: Bu xanım balaca səhvə yol verib.APA İnformasiya Agentliyinin redaktoru Cavid İsmayıl: "Azərbaycanda səviyyəli media qurumu yoxdursa, təklif edirəm ki, Vüsalə Hüseynli Azərbaycan mətbuatına müsahibə verməyə son qoysun!"Tanınmış araşdırmaçı jurnalist Azər Niftiyev: "Gənclər Fondu, QHT-lərə Dövlət Dəstəyi Şurası bu təşkilata ayırdığı maliyyəni dayandırmalı, mətbuat isə bu şəxsin fəaliyyətini baykot etməlidir".AZXEBER.COM informasiya portalının baş direktoru Əfsələddin Ağalarov: "Eviniz söküləndə, polis sizi saxlayanda, qrantınız yarımçıq veriləndə üz tutursunuz mətbuatın üstünə. Xanım mətbuatla bağlı bilgilərinin çəkisi qədər danışıb".
APA TV-nin əməkdaşı, peşəkar jurnalist Mahir Məmmədli: Bu nə deməkdir?Vüsalə Hüseynlinin iddiası doğru deyil. Azərbaycanda kifayət qədər ciddi media qurumları - agentliklər, TV-lər var. Nəyisə əsaslandırmaq üçün belə iddia ilə çıxış eləmək doğru deyil. Məncə, Vüsalə xanım daha tutarlı arqument tapmağa çalışmalıydı. Azərbaycanda prezidentin yerli jurnalistlərə müsahibə verməsi təcrübəsi var. Sonuncu dəfə agentliklər üçün belə müsahibə olmuşdu.Editor.Az xəbər portalının baş redaktoru Fərid Şahbazlı: "Vüsalə Hüseynli doğru deyir, mətbuatımız çox "səviyyəsiz"dir... Hətta o qədər ki, Vüsalə xanımı ictimai xadim edib, mətbuatı dəyərləndirmək mərhələsinə çatdırıb".
AZXEBER.COM informasiya portalının baş redaktoru Hacıbəy Heydərli: "Azərbaycan mediası səviyyəsiz olsaydı, Prezident İlham Əliyev bu il media rəhbərlərini qəbul edib, onlar tərəfindən "jurnalistlərin dostu" mükafatını almazdı".Gənclərin Söz Birliyi təşkilatının sədri və müstəqil jurnalist Qurbanəli Ömər: "Bu qadın Prezidentin adından danışır, danışdığı isə yalandan, böhtandan başqa bir şey deyil. Prezident jurnalistlərdən heç vaxt qaçmayıb. Bu qadın özü özünü təkərə saldı".
AZXEBER.COM