Azərbaycan Milli Kulinariya Assosasiyası 'Çudo Peçka'nı mükafatlandırdı - FOTOLAR

Azərbaycan Milli Kulinariya Assosasiyası
Bütün Xəbərlər
10:20 23.10.2012
3151
“Çudo Peçka” şirkətinin 9 əməkdaşı Azərbaycan Milli Kulinariya Assosasiyası (AMKA) və Moskva şəhərində yerləşən Şokolad Məktəbi tərəfindən mükafatlandırıldı. Qənnadıçılar Rusiyalı məşhur qənnadı ustası Yelena Suçkovanın Bakıda keçdiyi master-klasslarda fərqləniblər.AZXEBER.COM-un məlumatına görə, sertifikatlar 20 oktyabr Beynəlxalq Kulinariya Günü münasibəti ilə AMKA-ın təşkil etdiyi tədbirdə təqdim olunub. Mükafatları təqdim edən assosasiyanın rəhbəri Tahir Əmiraslanov tədbirdə iştirak edən qonaqlara “Çudo Peçka”nın sertifikatla təltif olunan əməkdaşlarını işarə edərək “Artıq onlar Azərbaycanda tortları hamıdan fərqli hazırlayırlar” deyərək keçirilmiş master-klassın əhəmiyyətini vurğulayıb.Tahir Əmiraslanovun təriflədiyi, tortlar, dessetlər, piroqlar və bu kimi digər qənnadı məhsullarının təkmilləşdirilmiş texnologiyalar üzrə hazırlanması ilə bağlı xüsusi treyninqlər keçmiş “Çudo Peçka” əməkdaşları Kəmalə Ağaquliyeva, Roman Vinokurov, Nazilə Vəliyeva, Yelena Koşarova, Gülnaz Rzayeva, Kəmalə Zöhrabova , Yuriy Kibalov, Nuriyə Məhəmmədova, Aydan Əliyevadır.

Tədbirdə həmçinin, “Çudo Peçka” şirkət olaraq da mükafatlandırılıb. AMKA ilə əməkdaşlıq etdiyi üçün assosasiyanın xüsusi təşəkkürünü bildirən diplomla təltif olunub.

OXŞAR XƏBƏRLƏR