Azərbaycan milli mətbuatının 146 yaşı tamam olur

Azərbaycan milli mətbuatının 146 yaşı tamam olur
MANŞET
00:03 22.07.2021
1333

Bu gün Azərbaycan Milli Mətbuatının yaranmasından 146 il ötür.

AZXEBER.COM-un məlumatına görə, ölkədə ilk mətbu orqanın - əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş "Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur.

Azərbaycan mətbuatının banisi Həsən bəy Zərdabidir.

Böyük çətinliklərdən sonra o, Bakıda ana dilində "Əkinçi” qəzetinin nəşr edilməsi üçün icazə almışdı. Bu qəzetin ilk nömrəsi 1875-ci il iyulun 22-də çapdan çıxmışdı. "Əkinçi” qəzetinin nəşri bütün Qafqazda əks-səda doğurmuşdu. 1875-1877-ci illər ərzində fəaliyyət göstərmiş qəzetin 56 nömrəsi işıq üzü görmüşdü. "Əkinçi” qəzeti xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb. Lakin "Əkinçi”nin ömrü uzun sürmədi. 

Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başladı və sonda qəzetin nəşrini dayandırdı.

O vaxtdan ötən illər ərzində müxtəlif tənəzzül və intibah dövrləri keçən Azərbaycan mətbuatı daim cəmiyyətin proseslərə baxışını əks etdirən güzgü rolunu oynayıb.

1998-ci ilin avqustunda senzuranın ləğvi isə Azərbaycanda mətbuatın inkişafına ciddi təkan verib.

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra bir çox milli-mənəvi dəyərlərə qayıdış mətbuat sahəsində də özünü göstərdi. Bu gün ölkəmizdə yüzlərlə mətbu orqan - qəzet və jurnal fəaliyyət göstərir. Azərbaycan dövləti bu sahənin inkişafına hər zaman böyük diqqət ayırır. 

2020-ci il ölkəmiz üçün tarixi əhəmiyyətli Qarabağ Zəfəri ilə yadda qaldı. 44 günlük Vətən müharibəsindəki Qələbəyə kütləvi informasiya vasitələri öz töhfəsini verdilər. KİV nümayindələri əsl fədakarlıq göstərərək həm ön xəttə vuruşdular, həm də reportajları ilə dünyaya haqq səsimizi çatdırdılar.   

Bu gün peşə bayramını qeyd edən bütün həmkarlarımızı təbrik edirik!
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
22:33 19.10.2026
Polşa Azərbaycanı strateji tərəfdaşlar siyahısına daxil etdi
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
22:27 19.10.2026
Azərbaycanla BMT Xəzərdə suyun səviyyəsinin azalmasını müzakirə edib
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
22:19 19.10.2026
Leyla Əliyeva Arkadağ şəhərində Oğulcahan Atabayeva ilə görüşüb
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
22:12 19.10.2026
Kütləvi iğtişaşlardan sonra Milana 500 hərbçi göndəriləcək
Ronaldo cərimələndi
22:05 19.10.2026
Ronaldo cərimələndi
Yavər Şıxəliyev vəfat etdi
21:53 19.10.2026
Yavər Şıxəliyev vəfat etdi
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
21:48 19.10.2026
Mirziyoyev Rubio və Trampın elçisini təltif edib
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
21:41 19.10.2026
"Sabah" FK – "Borussiya Dortmund" oyunu ilə əlaqədar ödənişsiz avtobuslar fəaliyyət göstərəcək
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
21:34 19.10.2026
Rusiya ordusu Xarkov vilayətində parka zərbə endirib, ölənlər var
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
21:25 19.10.2026
Ermənistan parlamenti oktyabrın 21-də TRIPP layihəsi üzrə sazişi müzakirə edəcək
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
21:19 19.10.2026
Aref: İranın Hörmüz boğazına nəzarət etməkdən başqa seçimi yoxdur
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
21:11 19.10.2026
İlham Əliyev: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
21:04 19.10.2026
Mustafa Aydın: “Azərbaycan-Türkiyə qardaşlığı tariximizin əmanəti, gələcəyimizin təminatıdır”
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
21:03 19.10.2026
Özbəkistanla ABŞ arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi müzakirə edilib
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
20:58 19.10.2026
BMT-də keçmiş işğalçı rejimin Qarabağda törətdiyi vəhşiliklər barədə məlumat verilib
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir
20:50 19.10.2026
Fransanın bəzi bölgələrində komendant saatı tətbiq edilir