Azərbaycan milli parkında bəbirlər - FOTOLAR

Azərbaycan milli parkında bəbirlər -  FOTOLAR
Bütün Xəbərlər
10:23 23.09.2013
1632
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ümumdünya Təbiəti Mühafizə Fondu ilə birlikdə yay aylarında Hirkan və Həsən Əliyev adına Zəngəzur Milli Parkları ərazisində keçirdikləri monitorinqlər davam etdirilib, bəbirlərin, onların rəqib növlərinin və qida obyektlərinin populyasiyalarının mühafizə olunan ərazilərdə artıq daimi surətdə inkişafı qeydə alınıb. Bu barədə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.İ.İbrahimovanın sözlərinə görə, Hirkan Milli Parkı ərazisində monitorinqin keçirildiyi bu müddət ərzində də bir yetkin erkək bəbirin daim foto kameraların hədəfində olması müşahidə edilib, onun əsas qidasını təşkil edən çöl donuzları, cüyür, tirəndaz və s. növlərin dinamik populyasiya quruluşlarına aid yeni materiallar toplanıb.Həsən Əliyev adına Zəngəzur Milli Parkı ərazisində də yay aylarında iki yetkin dişi bəbir qeydə alınıb, bu ərazidə bəbirlərin qida mənbəyi sayılan bezoar keçiləri və muflonların yerli populyasiyalarının dinamik inkişafı barədə qiymətli fotoqrafik məlumatlar əldə olunub.
OXŞAR XƏBƏRLƏR