Azərbaycan millisi San-Marinonu çətinliklə məğlub etdi

Azərbaycan millisi San-Marinonu çətinliklə məğlub etdi
İDMAN
00:19 10.06.2026
90
Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan milli komandası iyunun 9-da ikinci yoldaşlıq oyununu keçirib.

AZXEBER.COM xəbər verir ki, Ayxan Abbasovun rəhbərlik etdiyi komanda San-Marino yığması ilə qarşılaşıb.

Macarıstanın Sombathey şəhərində yerləşən "Haladaş" stadionunda baş tutan görüşdə millimiz 2:1 hesablı qələbə qazanıb.
Millinin heyətində qolları Rəhman Daşdəmirov (27) və Renat Dadaşov (49) vurublar.

Xatırladaq ki, Azərbaycan millisi ilk yoldaşlıq oyununda Maltaya iki cavabsız qolla uduzub.
OXŞAR XƏBƏRLƏR