Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb

Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
İDMAN
00:11 13.03.2025
289
Xorvatiyanın Osijek şəhərində keçirilən güllə atıcılığı üzrə Avropa Çempionatında Azərbaycan millisi bürünc medal qazanıb.
 
AZXEBER.COM xəbər verir ki, pnevmatik tapançadan 10 metr məsafəyə atəş açma üzrə kişilərin trio komanda yarışında Ruslan Lunev, Elvin Astanov və Vladislav Kalmıkovdan ibarət yığma üçüncü yerə sahib çıxıb.

Təmsilçilərimiz bürünc medal uğrunda qarşılaşmada Almaniya idmançılarına 16:14 hesabı ilə qalib gəliblər.

Yarışın qalibi Türkiyə yığması, gümüş medalçısı isə Çexiya olub.
OXŞAR XƏBƏRLƏR