Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb

Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb
İDMAN
18:18 23.10.2023
349
Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligillə yollar ayrılıb.

Bu barədə Azərbaycan Voleybol Federasiyasının (AVF) prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında məlumat verib.

Qurum rəhbəri artıq yeni baş məşqçi axtarışına çıxdıqlarını söyləyib: "Yeni baş məşqçinin axtarışı ilə bağlı işlərə başlayırıq. Gənclər və İdman Nazirliyi ilə birlikdə bu sahədə prosesləri nəzərdən keçirəcəyik. Yəqin ki, yeni baş məşqçinin təyinatı məsələsində nəticələr əldə edəcəyik. Son Avropa çempionatının ardından reytinqimiz bir az yaxşılaşıb. Gələcəkdə daha da uğurlu olacağıq”.

Ş.Bağırov yığmanın Avropa çempionatındakı çıxışını da dəyərləndirib: "Avropa çempionatında müəyyən nəticələrimiz olsa da, qrupdan çıxa bilmədik. Amma yaxşı komanda formalaşmışdı. Mərhələ adlaya bilmədiyimiz üçün bu proseslərə daha diqqətlə yanaşmalı olduğumuzu düşündük. Millinin üzvləri kifayət qədər təcrübəli voleybolçulardır, müxtəlif ölkələrdə çıxış edirlər. Yığmada işləmək təcrübəsi olan məşqçi dəvət etmişdik. Qrupdan çıxa bilməməyimizdə rəqiblərin çox güclü olmasının da rolu var idi. Elə bizim qrupdan çıxan Türkiyə yığması Avropa çempionu oldu”.

Federasiya prezidenti Azərbaycan çempionatlarının 2023/2024 mövsümündə gərgin mübarizə gözlədiyini sözlərinə əlavə edib: "Həm kişilər, həm də qadınlar arasında çempionatda 6 komandanın çıxış etməsi oyunları daha maraqlı edəcək. Oyun sayı nə qədər çox olsa, voleybolçuların ustalıq səviyyəsi də o qədər artar. Bu mənada 6 komandalı liqa arzuolunandır. Bunun nəticəsini görəcəyik”.

O bildirib ki, federasiya aşağı yaş qruplarına xüsusi diqqət ayırır: "Bizim üçün əsas hədəf aşağı yaş qruplarında imkanların artırılmasıdır. Artıq bir sıra rayonlarda seleksiya işləri ilə məşğul olmuşuq. Müxtəlif yaş qruplarında çıxış edəcək voleybolçuları müəyyənləşdirmək üçün iş aparılır. Demək olar ki, əksər rayonlarda seleksiya işi görülüb. İlk növbədə qızlar arasında bunu etmişik. Peşəkar voleybolçu ola biləcək perspektivdə uşaqlar var. Gələcəkdə əsas millinin heyətinin ölkə daxilində yetişən voleybolçulardan ibarət olacağına əminik”.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
20:33 05.10.2026
Vens: İran Britaniyadakı aviabazada baş verən insidentlə əlaqəli ola bilər
İranın daxili işlər naziri Qətərə səfər edib
20:29 05.10.2026
İranın daxili işlər naziri Qətərə səfər edib
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
20:23 05.10.2026
Qalibaf: Qafqaz xarici güclərin rəqabət meydanına çevrilməməlidir
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
20:17 05.10.2026
Dirk Lölke: İlham Əliyevin Berlin səfəri münasibətlərin yeni mərhələsinin başlanğıcıdır
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
20:11 05.10.2026
Ceyhun Bayramov Rəqəmsal Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
20:07 05.10.2026
Mariya Zaxarova: Yaponiya münasibətləri pisləşdirəcək hərəkətləri davam etdirir
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
20:01 05.10.2026
İsrailin 27 diplomatı Böyük Britaniyadan çıxarıla bilər
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
19:56 05.10.2026
“Bloomberg”: NATO Rusiyanın hücumu halında "sürətli qələbə" planı hazırlayır
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
19:49 05.10.2026
Mirzoyan və Əraqçi TRIPP layihəsinin imkanlarını müzakirə ediblər
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
19:44 05.10.2026
Azərbaycan hərbçiləri Pakistanda təlimlərdə iştirak edib
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
19:32 05.10.2026
Prezidentin sosial şəbəkə hesablarında Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışından paylaşım edilib
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
19:32 05.10.2026
İranda yanvar etirazları ilə bağlı iki nəfər edam edildi
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
19:15 05.10.2026
Rubio: ABŞ Rusiyadakı taun şübhəsi ilə bağlı vəziyyəti yaxından izləyir
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
19:08 05.10.2026
Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
18:55 05.10.2026
AAYDA: Məmmədli qəsəbəsində yolun bərpası üçün öncə su problemi həll olunmalıdır
Fransada 500-ə yaxın məktəb bağlanacaq
18:40 05.10.2026
Fransada 500-ə yaxın məktəb bağlanacaq