Azərbaycan millisinin futbolçusu həbs oluna bilər

TOP4
10:55 05.12.2019
3073
Azərbaycan milli komandasının və İspaniyanın "Albasete" klubunun futbolçusu Eddi İsrafilov 3 il müddətinə azadlıqdan məhrum edilə bilər.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu 2015-ci ilin iyulunda "Eybar"da çıxış etdiyi vaxt komanda yoldaşları olmuş Serxio Enriç və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqda günahlandırılır.

Enriç və Luna ilə intim əlaqədə olan qadın bunu videoya çəkməməyi xahiş etsə də, onlar üstəlik, sonradan digər şəxslərə də göndəriblər. Sözügedən oyunçularla yanaşı, İsrafilov da həmin görüntüləri yayıb.

Artıq araşdırmalar yekunlaşdığı üçün 1 saylı Eybar Məhkəməsi işin şifahi məhkəmə baxışına verilməsi barədə qərar çıxarıb. İttiham olunan şəxslərin vəkillərinə işlə tanışlıq üçün 10 gün vaxt verilib.

Prokuror Enriç və Lunaya 5 il, İsrafilova isə 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası istəyib. Lakin xüsusi ittihamçı İsrafilov üçün 3 il iş tələb edib.

Qeyd edək ki, Eddi İsrafilov 2015-ci ildən Azərbaycan millisində çıxış edir. Onun anası azərbaycanlı, atası isə toqoludur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:33 30.10.2020

İzmirdə ölənlərin sayı 6-ya, yaralıların sayı isə 202-yə çatıb

19:12 30.10.2020

Əli Əsədovla Türkiyənin vitse-prezidenti arasında telefon danışığı olub

19:09 30.10.2020

"Cəbhənin bütün istiqamətlərində vəziyyət nəzarətimiz altındadır"

18:51 30.10.2020

Ermənistan döyüşə dustaqları göndərir

18:45 30.10.2020

FHN: Goranboyda meşədə başlayan yanğın söndürülüb

18:28 30.10.2020

Türkiyə XİN başçısı Azərbaycana təşəkkür edib - FOTO

18:18 30.10.2020

İzmirdə dəhşətli zəlzələnin ilkin nəticələri: dörd ölü, yüzdən çox yaralı var

18:02 30.10.2020

XİN başçısı: “İzmirdə baş verən zəlzələ xəbəri bizi çox kədərləndirdi”

17:50 30.10.2020

İlham Əliyev İzmirə görə Ərdoğana zəng etdi: "Qardaş ölkəyə hər cür yardım göstərməyə hazırıq"

17:35 30.10.2020

İzmirdə zəlzələ canlı efirə düşdü - VİDEO

17:34 30.10.2020

Rəcəb Tayyib Ərdoğan İzmirdə baş vermiş zəlzələ ilə bağlı vətəndaşlara səsləndi

17:23 30.10.2020

Əsir düşmüş erməni silahlılarından biri din xadimi çıxdı

17:21 30.10.2020

Bərdə və Tərtər şəhərlərini atəşə tutan daha 2 "Smerç" bu gün məhv edilib - VİDEO

17:16 30.10.2020

Cenevrədə Azərbaycan və Ermənistan XİN başçılarının görüşü başlayıb

17:13 30.10.2020

İzmirdə daha 2 zəlzələ oldu

17:07 30.10.2020

İzmirdə güclü zəlzələ sunami ilə nəticələndi - VİDEO