Azərbaycan multikulturalizmi Abşeron gəncləri arasında təbliğ edilir

SOSİAL
12:55 27.08.2016
1686
25.08.2016-cı ildə "Türkiyə Universitetləri Məzunları" İctimai Birliyi (TUMİB) Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xırdalan şərərində "Dövlət –din münasibətlərinin Azərbaycan modeli: Gənclərin qarşısında duran vəzifələr" adlı layihəsi çərçivəsində tədbir keçirib.AZXEBER.COM-un məlumatına görə, tədbiri giriş sözü ilə Abşeron rayon icra hakimiyyətinin ictimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdir müavini Vüqar Bəşirov açaraq tədbir iştirakçılarını salamladıqdan sonra, Abşeron rayonun etnik-dini tərkibi haqqında məlumat verib."Türkiyə Universitetləri Məzunları" İctimai Birliyinin (TUMİB) sədri Çingiz Bayramov çıxışında layihənin məqsədi haqqında məlumat verərək bidirib ki, Azərbaycanda multikulturalizmin və tolerantlığının təbliği ilə bağlı ölkədə ideoloji maarifçiliyin aparılması, eyni zamanda gənclərin yad və radikal sektaların təsirindən qorunmaları üçün azərbaycançılığın təməllərindən biri olan Azərbaycan multikulturalizm siyasətinin region gəncləri arasında daha dərindən mənimsənilməsinə zəruri olduğunu vurğulayıb. TUMİB sədri çıxışını davam edərək bildirdi ki, Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti cənab Prezident İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir. Natiq çıxışına davam edərək, Prezident İlham Əliyev tərəfindən 2016-cı ili Azərbaycanda "Multikulturalizm ili" elan etməsi heç də təsadüfi olmadığını və bunun dərin tarixi köklərinin olmasından bəhs edib.Toplantıda TUMİB-in idarə heyyətinin üzvü Seymur Verdizadə bildirdi ki, dədə-babalarımızdan bizə miras qalmış milli-mənəvi dəyərlərə, dövlət və din münasibətlərinə Azərbaycan xüsusi həssaslıqla yanaşır ki, bu da dünya üçün bir nümunədir. Natiq qeyd edib ki, ölkəmizdə heç vaxt dini və etnik zəmində heç bir qarşıdurma olmayıb.Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə aparıcı məsləhətçi Şahlar Məmmədov isə Azərbaycan əsrlər boyu mədəniyyətlərin qovuşduğu məkanda yerləşməklə dinlər və sivilizasiyalararası anlaşmada aparıcı rol oynayıb, bununla bağlı dərin tarixi baza formalaşdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.Güzdək kənd "Rəsulullah" məscidinin axundu Mirkazım Kazımlı, Masazır kənd icra nümayəndəliyinin müavini Fəxrəddin Hacıbəyli və başqaları çıxış edərək, mövzu ilə bağlı fikirlərini bölüşüblər.
OXŞAR XƏBƏRLƏR