Azərbaycan müxalifəti yenə parçalanır

Azərbaycan müxalifəti yenə parçalanır
Bütün Xəbərlər
15:00 22.08.2012
1248

Müxalifətin vahid namizədi ilə bağlı mübahisələr, AXCP və Müsavat funksionerlərinin ittiham dolu açıqlamaları İctimai Palata daxilində olan narazılıqları üzə çıxardı. İndi məlum olur ki, qurumu təmsil edən iki partiya-AXCP ilə Müsavat arasında ciddi fikir ayrılığı var və bu durum İP-in dağılmasına nədən olacaq. Fikir ayrılığının səbəbi vahid namizəd məsələsidir.

Kəsəsi, AXCP istəyir ki, Müsavat Əli Kərimlinin namizədliyini müdafiə eləsin və bu qərar elə indi elan olunsun. AXCP bütün arsenalını işə salaraq bu məsələdə Müsavata təzyiq edir. Bu günlərdə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin iddiası ilə  prokurorluqda eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə bağlı istintaq başlanıb. Hafiz Hacıyev AXCP sədri Əli Kərimlini ittiham edir. 10 gündən artıqdır ki, bu məsələ ətrafında şou yaradılır. Gündəmdən itib-getmiş siyasətçilər də bu məsələdən sui-istifadə edib diqqət mərkəzinə gəlir, mətbuata açıqlamalar verirlər. Maraqlıdır ki, AXCP sədri Əli Kərimli bu məsələdən də öz xeyrinə yararlanmağa çalışır. AXCP-nin “Pravda”sı adlanan qəzet yazır ki, “əslində bu məsələni ortaya atmaqla hakimiyyət müxalifətin vahid namizədini müəyyən etdi:bu Əli Kərimlidir”. AXCP-çilər sosial şəbəkələrdə yazırlar ki, hakimiyyət “ən  çox çəkindiyi liderə təzyiq etməyə başlayıb”. Müsavat hələ ki bu məsələdə susur. Amma müsavatçılar əl altdan işlərini görürlər. Artıq onların “səssiz fəaliyyəti” öz bəhrəsini verib. AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı siyasətdən getdiyini açıqlayıb. Sosial şəbəkədə yazdığından belə məlum olur ki, onunla “Nida” Gənclər Təşkilatının sədri arasında əlbəyaxa davaya çevrilən mübahisə olub və Əbülfəzə təzyiq ediblər. “Nida” Gənclər Təşkilatının Müsavata yaxın olduğu kiməsə sirr deyil. Əbülfəz yazır ki, uzun zaman qarşı tərəfdən atılan replikalara, hədə və böhtanlara müxalifətin birliyi naminə dözüb. Yazdığı statusdan aydın olur ki, Ə.Qurbanlı müsavatçı həmkarları ilə yola getmirmiş. Qurbanlı siyasətdən getdiyi bildirib, onun ardınca açıqlama yayan AXCP Mətbuat Xidmətinin rəhbəri Natiq Güləhmədoğlu isə bəyan edib ki, o bu qərarı hisslərinin təsiri ilə verib. Göründüyü kimi Əbülfəz Qurbanlının siyasətdən getdiyini bəyan etməsi prinsipial qərara oxşamır. Görünür, AXCP sədri ilə görüşdən sonra o vəzifəsinə qayıdacaq. Ola bilsin ki, onun addımı da razılaşdırılıb. AXCP “müsavatçı gənclərin dağıdıcı, pozucu hərəkətlərini” bəhanə edərək  Müsavatdan ayrıla bilər. Böyük ehtimalla, elə bu cür də olacaq. AXCP sədri Əli Kərimlinin “Azadlıq” qəzetinə müsahibəsində “Ehtimal var ki, demokratik qüvvələrin vahid namizədi olum” deməsi təsadüfi deyil. Görünür, müxalifət partiyalarının ötən həftə Müsavatın iştirakı olmadan keçirdiyi görüşlər boşuna deyilmiş. Əli Kərimli İctimai Palatadan kənarda onu dəstəkləyəcək seçki blokunun yaradılmasına başlayıb. İlkin razılıq olduğuna görə, Müsavatla münasibətləri kəsəcək addımlara gedirilir. Ehtimal var ki, AXCP ideoloqları gənclərin siyasətdən gedişini Müsavatın qeyri-konstruktiv davranışı kimi qiymətləndiriləcək və İctimai Palatanın dağılmasına start  verəcəklər.

  Müsavatın AXCP liderinin vahid namizədliyini dəstəkləməsi partiyanın parçalanması ilə nəticələnə bilər. Ona görə də, yəqin ki, Müsavat riskə getməyəcək və özünə yaxın partiyaların iştirakı ilə yeni qurum yaradacaq. /// Olaylar qəzeti

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
04:01 15.08.2025
Bloomberg: Alyaskada görüş keçirmək qərarı ABŞ Məxfi Xidməti üçün çətinlik yaradıb
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
02:40 15.08.2025
İsrail ordusu “Hizbullah”ın Livandakı obyektlərinə zərbələr endirib
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
02:01 15.08.2025
Putin Trampla görüşmək üçün Alyaskaya gedir - Rusiya tarixində ilk
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
01:31 15.08.2025
İran nüvə obyektlərini yoxlamaq istəyən BAEA-ya şərt qoyub
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
01:03 15.08.2025
Arda Turan qırmızı vərəqə aldı, klubu məğlub oldu
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
00:58 15.08.2025
Nikol Paşinyan: “”Tramp yolu” sülhə gedən yoldur”
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
00:49 15.08.2025
“Azərbaycan Tibb Universitetində 6500 manatlıq keyfiyyətdə təhsil mövcuddurmu?”
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
00:46 15.08.2025
Bütün dünyanın gözü Alyaskadadır - Bu gün nələr olacaq?
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
00:29 15.08.2025
“Mənim işim gələcəkdə yüzlərlə qız üçün ilham mənbəyi olacaq” - Səmra
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
00:26 15.08.2025
“Beşiktaş” 19 yaşlı futbolçunu transfer etdi
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
00:22 15.08.2025
“Sülh üçün Vaşinqtona müraciət etməyiniz nə vacibdir? - Xamneyinin müşaviri Ermənistandan da narazıdır
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
00:15 15.08.2025
“Propaqanda itlərini Azərbaycanın üstünə qısqırdanlar bilməlidirlər ki…” - Deputat
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
00:07 15.08.2025
“Beşiktaş” Konfrans Liqasının pley-offuna vəsiqə qazandı
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
00:03 15.08.2025
Rusiya azad deyil, müstəqil deyil - Mirşahin Ağayev yazır
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
23:54 14.08.2025
Türkiyə və İran XİN rəsmiləri regional məsələləri müzakirə etdilər
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib
23:42 14.08.2025
Suriyada başlayan yanğın Türkiyə ərazisinə keçib