Azərbaycan neftinin qiyməti bahalaşıb.
"Azeri Light” markalı neftin bir barelinin qiyməti 3,2 faiz artaraq 100,76 dollar olub.
Qeyd edək ki, Azərbaycan neftinin bir barelinin bu il ərzində maksimum qiyməti fevralın 5-də (99,30) qeydə alınmışdı.
Xatırladaq ki, "Azeri Light” neftinin bir barelinin qiyməti 2020-ci il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.