Sammitə hazırlıq üzrə katiblikdən bildiriblər ki, yanvar ayında tədbirdə iştirak üçün Azərbaycan, Litva və Danimarkaya dəvət göndərilib və bu dəvətlər qəbul olunub. Bununla da tədbirdə iştirak edəcək dövlətlərin sayı 50-yə çatıb. Sammitdə BMT baş katibi Ban Gi Mun da iştirak edəcək.Sammitin əsas müzakirə mövzuları nüvə terrorçuluğu təhlükəsinin qarşısını almaq, radioaktiv materialların mühafizəsi, atom enerjisinin təhlükəsiz şəkildə istifadəsinin təmin olunmasıdır. Sammitin yekununda sənəd qəbul olunacaq. Tədbirdə növbəti analoji sammitin 2014-cü ildə Niderlandda keçirilməsi barədə qərar qəbul olunması da gözlənilir. Xatırladaq ki, nüvə təhlükəsizliyi üzrə ilk sammit 2010-cu ildə ABŞ-da keçirilib. Bu sammitdə 47 ölkə iştirak edib.