"Azərbaycan olaraq qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu qərarı qınayırıq" - Qənirə Paşayeva

"Azərbaycan olaraq qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu qərarı qınayırıq" - Qənirə Paşayeva
SİYASƏT
13:09 02.05.2017
929
Millət vəkili Qənirə Paşayeva Milli Məclisdə Avropa Şurasının Türkiyə ilə bağlı qərarına etiraz edib, qərarı kəskin qınayıb və "AŞPA-nın müsəlman ölkələrinə qarşı ikili standartları təəssüf doğurur" deyib.
 
Bu gün MM-in iclasında çıxış edən millət vəkili Qənirə Paşayeva AŞPA-nın Türkiyə ilə bağlı çıxardığı son qərarı qınayıb və "AŞPA-nın qardaş Türkiyəyə qarşı bu cür qərəzli ədalətsiz yanaşması böyük təəssüf doğurur" deyib.
 
Millət vəkili Qənirə Paşayeva bildirib ki, Avropa Şurası və AŞPA-da müsəlman ölkələrinə qarşı ikili standartlardan yanaşmalar böyük təəssüf doğurmaqla yanaşı, narahatverici bir haldır:" Azərbaycan olaraq qardaş Türkiyəyə qarşı qəbul edilmiş bu qərarı qınayırıq. Azərbaycan AŞPA-nın ikili standartları ilə sıx-sıx üzləşən bir ölkədir, təəssüf ki, AŞPA terrorla mübarizədə, işğalçılara qarşı mübarizədə heç zaman Azərbaycana dəstək vermədi və bu gün də terrorla mübarizə aparan Türkiyəyə dəstək vermir, tam əksinə terrorla mübarizə aparan Türkiyəyə qarşı ədalətsiz qərarlar qəbul edir. Avropa Şurasının prinsiplərinə görə bir üzv ölkə heç bir zaman digər üzv ölkənin torpaqlarını işğalda saxlaya bilməz, amma AŞPA-nın üzvü olan işğalçı Ermənistan digər bir üzv ölkə Azərbaycanın torpaqlarını işğalda saxlamaqda davam edir, amma AŞPA Ermənistana qarşı heç bir ciddi təzyiq mexanizmlərinə əl atmır. Eyni zamanda Dilqəm Əsgərovun və Şahbaz Quliyevin azad olunması üçün Ermənistana heç bir təzyiq göstərmir. Azərbaycan və Türkiyə AŞPA-nın ikili standartlardan əl çəkməsinin vacibliyini hər zaman AŞPA tribunasından səsləndirir və çağırış edir. Təəssüf ki, qardaş Türkiyəyə qarşı qəbul edilən bu qərar təşkilatda bu istiqamətdə vəziyyətin daha da pisləşdiyini göstərir. Azərbaycan və Türkiyə dövlət və milli maraqları hər şeydən üstün tutaraq, bu təşkilatın ədalətsiz yanaşmasını qəbul etmir və etməyəcək və AŞPA-nın ikili standartlardan yanaşan ədalətsiz qərarlarını qınayır və hər zaman qınayacaq. Qardaş Türkiyənin və onun terrorla mübarizəsini dəstəkləyərək AŞPA-nın Türkiyə əleyhinə qərəzli və ədalətsiz yanaşmasını qınayaraq, bunu bütün platformalarda geniş səsləndirməliyik. Azərbaycan və Türkiyədəki insanlarımız bilməlidirlər ki, AŞPA-nın bu cür qərarları ədalətsizdir və müsəlman ölkələrinə qarşı ikili standartlar təəssüf ki getdikcə daha da güclənir. Bu isə Azərbaycan və Türkiyədəki vətəndaşların bu təşkilata qarşı yanaşmasına özünün ciddi təsirini göstərir və təşkilat Azərbaycan və Türkiyə vətəndaşlarının bu ikili standartlara etiraz səsini duymalıdır".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu