Azərbaycan ordusu ermənilərin mövqelərinə 96 dəfə atəş zərbəsi endirib

Azərbaycan ordusu ermənilərin mövqelərinə 96 dəfə atəş zərbəsi endirib
Bütün Xəbərlər
10:00 17.10.2015
1005

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 93 dəfə pozub. 

Bu barədə AZXEBER.COM-a Müdafiə Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.

Ermənistan Respublikası İcevan rayonunun Berkaber kəndində, Noyemberyan rayonunun Dovex, Barekamavan kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılı, Kəmərli və Qaymaqlı kəndlərində yerləşən Azərbaycan ordusununmövqeləri atəşə tutulub.

Goranboy rayonunun Tapqaraqoyunlu, Gülüstan, Ağdam rayonunun Kəngərli, Sarıcalı, Şuraabad, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də AzərbaycanSilahlı Qüvvələrininmövqeləri atəşə tutulub.

Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitini nəzərə alaraq düşmənin atəş nöqtələrinə, mövqelərinə və səngərlərinə 96 dəfə atəş zərbəsi endirib.

OXŞAR XƏBƏRLƏR