15:08 çərşənbə Axşamı, 10 Dekabr 2019
İQTİSADİYYAT

Azərbaycan ordusu üçün bu qədər pul yığılıb - Məbləğ açıqlandı

12:48, 01.10.20193956
Azərbaycan ordusu üçün bu qədər pul yığılıb - Məbləğ açıqlandı
Silahlı Qüvvələrə Yardım Fonduna daxil olan vəsaitin məbləği açıqlanıb.

AZXEBER.COM Müdafiə Nazirliyinin Mətbuat xidmətinə istinadən xəbər verir ki, cari il oktyabrın 1-dək fonda 103 milyon 271 min 100 manat 18 qəpik, 213.577,88 ABŞ dolları, 17 min 566 avro və 5000,0 rubl vəsait daxil olub.

Qeyd edək ki, Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan Prezidentinin 2002-ci il 17 avqust tarixli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə yaradılıb.

Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməyi məqsədilə Azərbaycanın ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan edilməyən digər daxilolmalardır.

Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Silahlı Qüvvələrin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.
XƏBƏR LENTİ