Azərbaycan ordusunda daha bir şəhid

Azərbaycan ordusunda daha bir şəhid
Bütün Xəbərlər
19:10 13.08.2012
1741
Bu gün Ermənistan Silahli Qüvvələrinin açdığı atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri şəhid olub. SalamNews-un bölgə müxbirinin verdiyi məlumatına görə, hadisə Ağdam rayonu ərazisində baş verib.
İşğal altındakı Yusifcanlı kəndindən açılan atəş nəticəsində Azərbaycan Ordusunun əsgəri 19 yaşlı Rişanov Mirzəməhəmməd Faiq oğlu baş nahiyəsindən güllə yarası alıb. Əsgər dərhal ərazidəki hərbi hospitala çatdırılsa da onun həyatını xilas etmək mümkün olmayıb.Faiq Rişanov 2012-ci ilin yanvar ayında Yasamal rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR