Azərbaycan Ordusunun əsgəri özünü güllələdi

Azərbaycan Ordusunun əsgəri özünü güllələdi
Bütün Xəbərlər
10:34 20.08.2014
1429
Azərbaycan Ordusunda silahlı insident olub.Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 1993-cü il təvəllüdlü Təbriz Ələddin oğlu Məmmədli tabeliyindəki avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində yaralanıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Əsgərin vəziyyəti kafi qiymətləndirilir. // APA

OXŞAR XƏBƏRLƏR