Azərbaycan Ordusunun əsgərini 'tok' vurdu

Azərbaycan Ordusunun əsgərini
Bütün Xəbərlər
11:02 20.06.2013
1748

Azərbaycan Ordusunun əsgəri ölüb.

APA-nın məlumatına görə, hadisə Şəmkir Hərbi Birləşməsinin Qazax rayonunda yerləşən “N “ saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, 19 yaşlı Səmədov Anar Salman oğlu elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev əsgərin ölüm faktını təsdiqləyib. Bildirib ki, hadisə ilə bağlı araşdırma aparılır. 

Qeyd edək ki, A. Səmədov 2012-ci ildə Neftçala rayonundan hərbi xidmətə çağırılıb.

OXŞAR XƏBƏRLƏR