Ramil Hüseynov erməni tərəfinin iri çaplı pulemyotlardan açdığı atəş nəticəsində ağır güllə yarası alıb
Bu gün axşam saatlarında Ağdamın işğal altında olan Şurabad kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozması nəticəsində Azərbaycan ordusunun giziri ağır yaralanıb.APA-nın məlumatına görə, erməni tərəfi iri çaplı pulemyotlardan açdığı atəş nəticəsində gizir Hüseynov Ramil Şahmar oğlu aşağı ətraf nahiyəsindən ağır güllə yarası alıb, vəziyyəti ağırdır. Məlumata görə, hal-hazırda yaralının helikopterlə paytaxta aparıldığı bildirilir.Qeyd edək ki, Hüseynov Ramil Şahmar oğlu Tərtər rayonunun Hüsənli kəndində anadan olub, Tərtər Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağırılıb.