Azərbaycan pandemiya ilə vidalaşmağa hazırlaşa bilər - Məşhur həkim

Azərbaycan pandemiya ilə vidalaşmağa hazırlaşa bilər - Məşhur həkim
SAĞLAMLIQ
23:25 13.02.2022
779
Əgər Avropa pandemiyanın sonuna yaxınlaşırsa, Azərbaycan da artıq koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasına başlaya bilər.

Bu ayın 1-dən etibarən Danimarka bütün məhdudiyyətləri aradan qaldırdı. Orada "omikron" variantının yayılması yüksək səviyyədə olsa da, COVID-19 infeksiyası bu gün digər respirator infeksiyaların olduğu qədər təhlükə törədə bilər, artığını yox. Keçən həftə ərzində dünyada aşkar olunan yoluxmaların sayı 22 milyona yaxın idi. İnsanlar arasında ölüm göstəricisi isə 0,3 faizdir. Bu, qripin ölüm göstəricilərinə bərabərdir.

AZXEBER.COM Publika.az-a istinadən xəbər verir ki, bu sözləri pulmonoloq, professor, tibb elmləri doktoru, Azərbaycan Tibb Universitetinin Pulmonologiya kafedrasının müdiri Əlizamin Sadıqov deyib.

Professor bildirib ki, COVID-19 infeksiyası dünyada nə qədər sürətlə yayılsa və epidemioloji göstəricilər qazansa da, bizim üçün təhlükəli olmayacaq:

"Amerikanın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzi karantin müddətinin 5 günə endirildiyini açıqladı. Əgər simptomatik deyilsə, vaksin olunmuş insanın izolyasiyasına ehtiyac qalmır. İnsanlarımızı bu məhdudiyyətlərdən uzaqlaşdırmaq lazımdır. Təbii ki, maska taxılması davam edəcək. Bu, təkcə koronavirusun deyil, eyni zamanda digər respirator infeksiyaların yayılmasının da qarşısını alır. Bizim üçün ən önəmli məqam bütün əhalinin vaksin olunması və effektiv vaksinlərin alınmasıdır.

"Sinovac"ın effektivliyi yaxşı öyrənilməyib, daha yaxşı olardı ki, "Pfizer", "Moderna", "Oxford", "AstraZeneca" , "Johnson and Johnson" kimi önəmli vaksinlərə geniş yer verək. Bu vaksinlərdən gələn effektivlik cəmiyyətlər üçün kifayət qədər yüksəkdir.

Bu gün nano texnologiya xeyli inkişaf edib, target dərmanlar var. Hətta yoluxmuş insanda xəstəliyin gələcəkdə əmələ gəlməsinin qarşısını alan preparatlar mövcuddur. Bu da sevindirici haldır. Biz bu gün cəmiyyət olaraq koronavirus qarşısında aciz deyilik, düşünürəm ki, karantin qaydalarını tamamilə aradan qaldırmaq mümkündür, ən azı 1 ilə.

"Pfizer" ekspertləri elan etdi ki, 2024-cü ilin sonuna qədər dünyada COVID-19 bitməlidir və onlar karantin qaydalarının sərtləşdirilməsinin əleyhinədirlər. Təbii ki, bu, müəyyən mənada insan hüquqlarının məhdudlaşdırılması deməkdir. Bu da aktivliyin azalması ilə yanaşı, psixoloji məqamların yaranmasına səbəb ola bilir.

Hesab edirəm ki, cəmiyyətimizdə kütləvi immunitet formalaşıb, 5 milyona yaxın insan ikinci dozanı vurdurub. Həm vaksindən, həm də xəstəliyi keçirmiş insanlardan gələn immunitet var. İkisi bir-birini tamamlayaraq kollektiv immunitet yaradıb.

Bu yaxınlarda Milanda idim, 9-cu Beynəlxalq Ağciyər Sağlamlıq Konfransında iştirak edirdim. Konfrans COVID-19-a həsr olunmuşdu. Amerikadan, Almaniyadan, Belçikadan, Yunanıstan və İspaniyadan da nümayəndə var idi. Bu ölkə ekspertlərinin tamamilə sakit olduğunu gördüm. Dünyada artıq həyəcan təbili yoxdur, çünki xəstəlik ağır deyil. Artıq immun sistemimiz kifayət qədər qabiliyyətlidir, dəyişmiş və mutasiyaya uğramış formada gələn virusla mübarizə apara bilir".
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
13:33 12.09.2025
Verilişi bağlandı deyilən aparıcıdan AÇIQLAMA
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
13:20 12.09.2025
İcra hakimiyyətində dava: Qayınana gəlinini və onun anasını döydü
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
13:18 12.09.2025
VİP Edu Mall-da psixoloji təhsildə yeni proqram təqdim olundu - FOTOLAR
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
13:16 12.09.2025
Ermənistan XİN-də Türkiyə heyəti ilə danışıqlar başa çatıb
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
12:48 12.09.2025
Laçında sərxoş halda söyüş söyən vəzifəlilər - Həbs olundu
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
12:47 12.09.2025
“Qərbi azərbaycanlıların Ermənistana qayıdışı Paşinyan üçün öldürücü zərbə ola bilər” - Politoloq
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
12:41 12.09.2025
“Xarıbülbül” yay düşərgəsi yekunlaşdı - FOTOLAR
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
12:38 12.09.2025
Cerdan Şakiri: “Son 15 ilin ən zəif “İnter” heyətində idim”
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
12:36 12.09.2025
"Şagirdlərin əksəriyyətində oxuyub-anlama problemi var" - Emin Əmrullayev
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
12:23 12.09.2025
"Bir qızın anası ilə on ildir danışmaması fəlakətdir" - Tolik
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
12:05 12.09.2025
"Ən səriştəli müəllimlərimiz 21-ci əsrin tələblərinə uyğun sual yaza bilmir" - Nazir
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
11:51 12.09.2025
Ayan: Daha önəmli işlərim olduğu üçün toya getməmişəm
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
11:50 12.09.2025
Polis paytaxtda vətəndaşların əmlakını talayan şəxsləri saxladı
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
11:50 12.09.2025
Gənc əsgərlərlə görüşə məhdudiyyət qoyuldu - RƏSMİ
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
11:40 12.09.2025
"Azərbaycan bölməsinin şagirdləri rus bölməsindən daha yaxşı nəticə göstərib"
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova
11:38 12.09.2025
"Məni Aygünün ildönümünə çağırmadılar" - Zümrüd Hümbətova