Azərbaycan parlamenti Fransa Senatına müraciət hazırlanması üzrə komissiya yaratdı
Bütün Xəbərlər
13:24 30.12.2011
1289
Azərbaycan Milli Məclisi Fransa Senatına müraciət hazırlanması ilə əlaqədar komissiya yaradıb. Trend-in məlumatına görə, parlamentin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov bildirib ki, komissiya hazırladığı müraciətdə Azərbaycan parlamentinin mövqeyini əks etdirməlidir. Fransa parlamentinin qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməsi ilə əlaqədar hazırlanan müraciət yaxın günlərdə hazır olacaq. “Bu, sadəcə bir məktub yox, Milli Məclisin mövqeyini bildirən ciddi bir müraciət olmalıdır”, - Oqtay Əsədov deyib. Spiker deyib ki, Senatda Türkiyə və Azərbaycanı dəstəkləyən kifayət qədər deputat var, onlarla iş aparılır. “Bu məsələyə beynəlxalq təşkilatlar da, xüsusən TÜRKPA öz münasibətini bildirməlidir. TÜRKPA-ya sədrilik edən Qazaxıstana da müraciət olunacaq”, - Əsədov deyib. Millət vəkili Mübariz Qurbanlının rəhbərlik etdiyi komissiyanın tərkibinə deputatlar Rövşən Rzayev, Əli Hüseynli, Çingiz Qənizadə, Sahibə Qafarova, Vahid Əhmədov daxil ediliblər.