Azərbaycan partlamamış hərbi sursat tapıldı

Azərbaycan partlamamış hərbi sursat tapıldı
Bütün Xəbərlər
16:50 06.03.2012
1180

Sumqayıt şəhərində partlamamış silah-sursatın aşkarlanıb.

AZXEBER.COM-un Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Sumqayıt şəhərində partlamamış silah-sursatın aşkar edilməsi barədə nazirliyə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri və mütəxəssisləri zəruri tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

Ərazidən mütəxəssislər tərəfindən istifadəyə yararlı hərbi sursat olan 1 ədəd RQD-5 markalı əl qumbarası, 1 ədəd 120 mm minaatan mərmisi, 1 ədəd PQ-7 tank əleyhinə qumbaraatan mərmisi, 1 ədəd 12 kalibrli təklülə ov tüfəngi, 1 ədəd 7,62 mm güllə darağı, 13 ədəd 5,45 mm və 32 ədəd 7,62 mm güllə aşkar edilərək zərərsizləşdirilib.
OXŞAR XƏBƏRLƏR