Azərbaycan paytaxtında 23 yaşlı oğlan intihar etdi
Bütün Xəbərlər
19:36 13.12.2011
1856
Azərbaycan paytaxtında intihar hadisəsi baş verib. Bu barədə APA-ya Nizami Rayon Prokurorluğundan məlumat verilib.Hadisə bu gün saat 10.30 radələrində rayonun Keşlə qəsəbəsi, Qasım bəy Zakir küçəsi, ev 4 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Xudaverdi Hacırza oğlu Quliyev özünü yaşadığı evdə asıb. Mərhumun özünə qəsd etməsinin səbəbləri məlum deyil.Faktla bağlı Nizami Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.