Azərbaycan paytaxtında daha bir yol təmirə bağlanıb

Azərbaycan paytaxtında daha bir yol təmirə bağlanıb
Bütün Xəbərlər
13:40 15.05.2012
809
Bakıda daha bir yol təmirə bağlanıb.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, kommunikasiya xətlərinin və asfalt örtüyünün yenilənməsi ilə əlaqədar Bakının Nərimanov rayonu ərazisindəki Təbriz küçəsindən Heydər Əliyev prospekti istiqamətində yol müvəqqəti bağlanıb. Bununla əlaqədar sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.
Təmir işlərinin iki gün davam edəcəyi bildirilir.
OXŞAR XƏBƏRLƏR