Azərbaycan “Pegasus”la da razılaşdı-– İstanbul-Qəbələ-İstanbul

Azərbaycan “Pegasus”la da razılaşdı-–  İstanbul-Qəbələ-İstanbul
Bütün Xəbərlər
21:15 27.08.2015
1098

Türkiyənin “Pegasus” aviaşirkəti Azərbaycana uçuşları həyata keçirmək üçün ölkəmizdən icazə istəyib.

AZXƏBƏR-in “Qafqazinfo”ya istinadən məlumatına görə, “Azərbaycan Hava Yolları” QSC-dən Azərtac-a bildirilib ki, İstanbul-Qəbələ-İstanbul marşrutu üzrə aviareyslərin həyata keçirilməsi üçün razılıq verilib və “slotlar” təsdiq edilib. Bu marşrut üzrə uçuşların başlama tarixi ilə bağlı qərarı Türkiyə verəcək. Türk aviadaşıyıcılarından birinin cari ilin qış mövsümündə Lənkəran şəhərinə aviareyslər həyata keçirməsi də istisna edilmir.

Qeyd edək ki, müntəzəm reyslər iki ölkə arasında hökumətlərarası sazişlərlə təsdiqlənir. Azərbaycan və Türkiyə mülki aviasiya orqanları arasında müvafiq saziş 2014-cü ilin noyabrında imzalanıb və sazişin bütün şərtlərinə hər iki tərəfdən riayət olunur.

Hazırda AZAL şirkəti Bakıya, Gəncəyə və Naxçıvana uçuşlar həyata keçirən “Türk Hava Yolları” ilə sıx əməkdaşlıq edir.

OXŞAR XƏBƏRLƏR