Azərbaycan peykinin istehsalı tamamlandı

Azərbaycan peykinin istehsalı tamamlandı
Bütün Xəbərlər
14:18 12.10.2012
1218
"Azərspace-1" telekommunikasiya peykinin istehsalçısı olan “Orbital Sciences Corporation” şirkəti ilə imzalanmış müqavilənin tələblərinə uyğun olaraq, peykin istehsalı ilə bağlı işlər planlaşdırılmış qaydada həyata keçirilir.
"Azərkosmos” ASC-nin PR üzrə idarəçisi Nigar Mədətlinin ANS PRESS-ə verdiyi məlumata görə, artıq peykin istehsalı tamamlanıb və zavod testləri mərhələsinə başlanılıb.Hal-hazırda “Azərkosmos” ASC-nin bir nəfər əməkdaşı peykin istehsalına texniki nəzarəti həyata keçirən Kanadanın “Telesat” məsləhətçi şirkətinin 2 nəfər əməkdaşı ilə birgə peykin istehsalı prosesinin izlənilməsi məqsədilə, “Orbital Sciences Corporation” şirkətinin zavodundadır.“Azerspace-1” peykinin nəzərdə tutulan tarixdə orbitə çıxarılması istiqamətində lazımi tədbirlər həyata keçirilməkdədir. Peyk noyabr ayında zavodda tam hazır vəziyyətə gətiriləcəkr və daha sonra Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromuna gətirələcəkr. Peykin 2013-cü ilin fevral ayında geostasionar orbitə çıxarılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR