Azərbaycan polisi müğənni Samir Cavadzadəni tuta bilmədi (FOTO)

Azərbaycan polisi müğənni Samir Cavadzadəni tuta bilmədi (FOTO)
ŞOU-BİZNES
13:29 18.12.2011
2893

Bir müddət öncə Azərbaycanın “Eurovision-2008” təmsilçisi Samir Cavadzadənin həbs olunması haqda xəbər yayılmışdı. Nəsimi Rayon Polis İdarəsindən də məlumat təsdiqlənmişdi. Qeyd edilirdi ki, S. Cavadzadə otaq yoldaşı və dostu Elvin Hüseynovu bıçaqlaması faktı ilə əlaqədar saxlanıb.

Xatırladaq ki, bıçaqlanma hadisəsi sentyabrın 20-də Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, fotoqraf Elvin Hüseynov otaq yoldaşı Samir Cavadzadə tərəfindən bıçaqlanıb. Baş vermiş bıçaqlanma hadisəsi ilə bağlı iki dəfə ekspertiza keçirilib. Ekspert rəyinə görə, S. Cavadzadə tərəfindən bıçaqlanan E. Hüseynovun xəsarəti ağır qiymətləndirib. Baş vermiş hadisə ilə əlaqədar Nəsimi Rayon Polis İdarəsinin istintaq şöbəsi tərəfindən Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. AZXEBER.COM-un məlumatına görə, Samir Cavadzadə hələ də azadlıqdadır. O dünən Heydər Əiyev sarayında "Leyli və Məcnun" muziklında görünüb. Samir Cavadzadənin fotosunu təqdim edirik. 

OXŞAR XƏBƏRLƏR