Azərbaycan Premyer Liqasında 21, 22-ci, 1-ci divizionda isə 20-ci turun oyunları ləğv olunub.
AzxeberSport xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) saytı məlumat yayıb.
PFL prezidenti Ramin Musayev son günlər koronavirus pandemiyasının dünyada geniş yayılması, Avropa ölkələrinin əksəriyyətinin məlum təhlükə ilə bağlı futbol çempionatlarını təxirə salmağı, həmçinin ölkəmizdə virusa qarşı aparılan mübarizəni, eləcə də idman qurğularının fəaliyyətini müvəqqəti dayandırmasını və aparılan son müzakirələri rəhbər tutaraq bununla bağlı əmr imzalayıb.
Təxirə salınmış turların keçiriləcəyi tarix barədə qarşıdakı günlərdə PFL-in rəsmi saytında məlumat yerləşdiriləcəyi vurğulanıb.