Azərbaycan Premyer Liqası: "Neftçi" səfərdə "Sabah"dan üstün oldu

Azərbaycan Premyer Liqası: "Neftçi" səfərdə "Sabah"dan üstün oldu
İDMAN
19:39 26.09.2021
855
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçirilib.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, turun ikinci oyun gününün ilk görüşündə "Sabah" "Neftçi"ni qəbul edib. "Bank Respublika Arena"da təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 2:1.

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi matçda ilk qol 20-ci dəqiqədə vurulub. Sabir Buqrinin zərbəsindən sonra Ramon Maçadoya dəyən top tora daxil olub. Bu, Maçadonun ardıcıl ikinci matçda ikinci qolu olub.
OXŞAR XƏBƏRLƏR