Misli Premyer Liqasında VIII turun daha iki oyunu bu gün keçiriləcək.
Oyun gününün ilk matçında "Qəbələ" "Sabah"ı qəbul edəcək. Qarşılaşma Qəbələ şəhər stadionunda, saat 16:00-da başlayacaq.
Günün ikinci duelində, turun mərkəzi oyununda "Qarabağ" "Neftçi" ilə qarşılaşacaq. Görüşün start fiti Tofiq Bəhramov adına Respublika Stadionunda, saat 19:00-da səslənəcək. "Neftçi" 7 oyuna topladığı 16 xalla turnir cədvəlinin 1-ci pilləsində yer alır. Ehtiyatda bir oyunu olan "Sabah" və "Qarabağ" isə hərəyə 16 xalla müvafiq olaraq 2-ci və 3-cü sıradadırlar.
Misli Premyer Liqası
VIII tur
17 oktyabr
16:00. "Qəbələ” – "Sabah”
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Namiq Bəkirov
VAR: Rəşad Əhmədov
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Qəbələ şəhər stadionu.
19:00. "Qarabağ” – "Neftçi”
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Fərid Hacıyev
VAR: Əli Əliyev
AVAR: Pərvin Talıbov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu.
///teleqraf///











































