Misli Premyer Liqasında XII turun növbəti görüşləri bu gün keçiriləcək.
AZXEBER.COM-un məlumatına görə, ikinci oyun günündə iki qarşılaşma baş tutacaq.
İlk olaraq "Şamaxı" doğma meydanda "Turan Tovuz"la üz-üzə gələcək. Şamaxı şəhər stadionundakı matç saat 14:30-da start götürəcək. Tovuz təmsilçisi 21 xalla üçüncü, ev sahibləri 14 xalla yeddinci pillədə qərarlaşıb.
Günün ikinci duelində "Şəfa" "Qəbələ"ni qəbul edəcək. "SOCAR Polymer Arena"da təşkil olunacaq görüş saat 17:00-da başlanacaq. Qonaqlar 8 xalla 10-cu sıradadır. "Şəfa" isə 5 xalla 11-ci yerdədir.
Misli Premyer Liqası
II dövrə
XII tur
21 noyabr (şənbə)
14:30. "Şamaxı" – "Turan Tovuz"
Hakimlər: Emin Əliyev, Akif Əmirəli, Eyyub İbrahimov, Tural Qurbanov
VAR: Nicat İsmayıllı
AVAR: Gülnurə Əkbərzadə
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Eldəniz Musayev
Şamaxı şəhər stadionu
17:00. "Şəfa" – "Qəbələ"
Hakimlər: Əli Əliyev, Namiq Hüseynov, Orxan İbişov, Kamal Umudlu
VAR: İnqilab Məmmədov
AVAR: Cəmil Quliyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Namiq Əliyev
"SOCAR Polymer Arena"
Xatırladaq ki, XII turun ilk oyun günündə "İmişli" "Zirə" ilə heç-heçə (2:2) edib. "Sabah" isə səfərdə "Sumqayıt"a (5:1) qalib gəlib. Azərbaycan Premyer Liqasında tura noyabrın 22-də yekun vurulacaq.











































