Azərbaycan Prezidenti ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək

Azərbaycan Prezidenti ermənipərəst mövqeyinə görə Belçika XİN rəhbərini qəbul etməyəcək
SİYASƏT
11:10 24.08.2023
462
Azərbaycan Prezidenti İlham Əliyev ermənipərəst mövqeyinə görə Belçika xarici işlər nazirini qəbul etməyəcək.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, Belçika XİN rəhbəri Hadija Labib Ermənistanda səfərdə olarkən reallıqdan uzaq, regiondakı durumla uzlaşmayan ermənipərəst açıqlamalar verib.

O, regiona səfəri çərçivəsində bu gün Azərbaycana gələcək.

Ölkəmizdə səfərdə olan xarici dövlətlərin XİN rəhbərləri, adətən, Prezident İlham Əliyev tərəfindən qəbul olunurlar, ikitərəfli münasibətlər, regionda və dünyada aktual məsələlər ətrafında fikir mübadiləsi aparılır.

APA-nın əldə etdiyi məlumata görə, ermənipərəst mövqeyinə və Ermənistanda səfərdə olarkən səsləndirdiyi əsassız iddialara görə Prezident İlham Əliyev Belçika XİN rəhbərini qəbul etməyəcək.
Qeyd edək ki, Belçika XİN rəhbərinin bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulur.

Belçikanın xarici işlər naziri Hadija Labibin avqustun 22-də regiona səfəri başlayıb. İlk olaraq Ermənistana səfər edib, avqustun 23-də isə Gürcüstanda olub. Ermənistanda qondarma "erməni soyqırımı” abidəsini də ziyarət edən Hadija Labib bu ölkənin xarici işlər naziri və baş naziri ilə görüşlərində ermənipərəst mövqeyini bir daha ortaya qoyaraq, Azərbaycanın ünvanına əsassız iddialar səsləndirib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
21:55 05.03.2025
Şəmkirdə yanğın: elektrik enerjisinin verilişi DAYANDI
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
21:52 05.03.2025
Prezident: Bu gün Türkiyə ilə Azərbaycan – iki qardaş ölkə nəhəng layihələr həyata keçirir
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
21:29 05.03.2025
Bakının bir çox yollarında tıxac müşahidə edilir - SİYAHI
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
21:26 05.03.2025
Mirzoyan: Ermənistan Azərbaycanla sülh müqaviləsinin bağlanmasında maraqlıdır
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
21:24 05.03.2025
İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan iftar süfrəsində iştirak ediblər
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
21:18 05.03.2025
Aparıcı “Azəriqaz”ın rəhbəri Azər Məmmədova səsləndi: “Niyə xalqı dövlətdən iyrəndirirsiniz?”
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
20:30 05.03.2025
İftar vaxtı – 6 mart 2025: Ramazanın 6-cü günü
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
20:13 05.03.2025
KİV: ABŞ Ukrayna ilə kəşfiyyat məlumat mübadiləsini dayandırıb
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
19:50 05.03.2025
Tramp ilk "kriptosammit"də bitkoinin strateji ehtiyatının yaradılmasını elan edəcək
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
19:40 05.03.2025
Pakistanda terror aktı nəticəsində 18 nəfər ölüb
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
19:27 05.03.2025
Rusiyadan deportasiya təhlükəsi ilə üzləşən miqrantların sayı açıqlanıb
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
19:22 05.03.2025
İkiqat SSRİ çempionu olan ukraynalı sabiq futbolçu vəfat edib
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
19:10 05.03.2025
Baş nazir: Qrenlandiya satılmır və onu əldə etmək olmaz
Millinin sabiq futbolçusu həbs edildi
18:51 05.03.2025
Millinin sabiq futbolçusu həbs edildi
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
18:45 05.03.2025
NATO XİN başçılarının iclası aprelin əvvəlində Brüsseldə keçiriləcək
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı
18:34 05.03.2025
Yunanıstana qaçmaq istəyən PKK terrorçusu Ədirnədə saxlanıldı