Azərbaycan prezidenti Fransa Konstitusiya Şurasının qərarına münasibət bildirib

Azərbaycan prezidenti Fransa Konstitusiya Şurasının qərarına münasibət bildirib
Bütün Xəbərlər
14:05 29.02.2012
1322
Prezident İlham Əliyev qərarı alqışlayıb, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirib“Azərbaycan prezidenti İlham Əliyev Fransa Konstitusiya Şurasının ədalətli qərarını alqışlayır, bunu söz və fikir azadlığının təzahürü kimi dəyərləndirir”. APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.  Məlumatda bildirilir: “Eyni zamanda dövlət başçısı Fransa Senatının bir qrup üzvünün qondarma “erməni soyqırımı”nı inkar edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını nəzərdə tutan qanunun ləğv edilməsi ilə bağlı Fransa Konstitusiya Şurasına və Fransa ictimaiyyətinə ünvanladığı müraciəti yüksək qiymətləndirir və Fransada bu qəti mövqedə duran bütün insanlara minnətdarlığını bildirir. Qeyd etmək lazımdır ki, Fransa Konstitusiya Şurasının bu addımı dünya ermənililiyinin riyakarlığının qarşısına çəkilmiş bir səddir və dünya erməni lobbisinin mənfur fəaliyyətinin iflasa uğramasının növbəti nümunəsidir”.
OXŞAR XƏBƏRLƏR