Azərbaycan prezidenti İlham Əliyevin İrana səfər edəcəyi gözlənilir. APA-nın məlumatına görə, bu barədə İranın Fars agentliyinə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov açıqlama verib. Nazir bildirib ki, prezidentin bu ilin avqust ayında Tehranda keçiriləcək Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət başçılarının XVI sammitində iştirak etməyi planlaşdırır.