Milli Məclisin deputatı Vüqar İskəndərov və Azərbaycan-Qazaxıstan gənclərinin həmrəylik forumunun təşkilat komitəsinin üzvləri Azərbaycanın Aktau şəhərindəki Baş Konsulluğunu ziyarət edib.
AZXEBER.COM xəbər verir ki, görüşdə Milli Məclisin deputatı Vüqar İskəndərov, Gəncliyin Sosial İqtisadi İnkişafına Yardım İctimai Birliyinin sədri Əfsələddin Ağalarov, Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli, İslahatçı Gənclər İctimai Birliyinin sədri Fərid Şahbazlı iştirak edib.
Görüşü giriş sözü açan Azərbaycanın Aktau şəhərindəki Baş konsulu vəzifəsini icra edən Elçin Məmmədov konsulluğun fəaliyyəti ilə bağlı geniş məlumat verərək, qonaqları konsulluğun fəaliyyəti ilə yaxından tanış edib.
Milli Məclisin deputatı Vüqar İskəndərov konsulluğun fəaliyyətini yüksək qiymətləndirərək gələcək fəaliyyətlərində uğurlar arzu edib.
Görüşdə çıxış edən Əfsələddin Ağalarov beynəlxalq forumun keçirilməsində göstərdiyi təşkilati dəstəyə görə Elçin Məmmədova təşəkkür edib, diplomata təşəkkür plaketi təqdim edilib.
Görüşün sonunda qonaqlarla xatirə şəkli çəkilib.