“Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyub”- Deputat

“Azərbaycan-Qırğızıstan münasibətləri yeni mərhələyə qədəm qoyub”- Deputat
SİYASƏT
21:10 31.07.2026
700
"Prezident İlham Əliyevin Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanat iki ölkə arasında münasibətlərin yeni, daha dərin mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi”.

Bu fikirləri Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib.

 

Deputat qeyd edib ki, Prezident İlham Əliyevin bəyanatının əsas mesajı dövlətlərarası münasibətlərin formal çərçivədən çıxaraq konkret öhdəliklər müstəvisinə keçməsidir:

"Səfər həm rəsmi sənədlərin imzalanması, həm iqtisadi əməkdaşlığın genişləndirilməsi, həm də simvolik və mədəni əhəmiyyət daşıyan addımlarla yadda qalıb. Prezident İlham Əliyevin bəyanatının əsas mesajı dövlətlərarası münasibətlərin formal çərçivədən çıxaraq konkret öhdəliklər müstəvisinə keçməsidir. Prezident müttəfiqlik münasibətlərini böyük məsuliyyət kimi dəyərləndirərək, bu məsuliyyətin beynəlxalq platformalarda, iqtisadi-ticari əməkdaşlıqda və təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində qarşılıqlı dəstək şəklində davam etdiriləcəyini vurğulayıb. Səfər çərçivəsində imzalanan geniş sənədlər paketi də əməkdaşlığın çoxşaxəli xarakter daşıdığını nümayiş etdirir”.

N. Həmzəyev bildirib ki, səfərin mühüm nəticələrindən biri Azərbaycan-Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının 200 milyon dollara çatdırılmasıdır:

"Səfərin mühüm nəticələrindən biri Azərbaycan–Qırğız İnvestisiya Fondunun nizamnamə kapitalının iki dəfə artırılaraq 200 milyon dollara çatdırılmasıdır. Prezident İlham Əliyev bunun son hədd olmadığını qeyd edərək, Fond çərçivəsində Qırğızıstanda həyata keçirilən layihələrin birgə istehsalın genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına və iqtisadi potensialın gücləndirilməsinə xidmət etdiyini diqqətə çatdırıb. İqtisadi əməkdaşlığın konkret nəticələrindən biri kimi İssık-Kul gölünün sahilində Azərbaycan dövlətinin vəsaiti hesabına inşa edilən ilk beşulduzlu "Bakı” hotelinin açılışı xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, bu layihə həm turizm potensialının artırılması, həm də iki ölkə arasında iqtisadi və brend əməkdaşlığının gücləndirilməsi baxımından mühüm addımdır”.

Parlamentari vurğulayıb ki, səfər çərçivəsində keçirilən qarşılıqlı təltifetmə mərasimi də münasibətlərin yüksək səviyyəsinin göstəricisidir:

"Səfər çərçivəsində keçirilən qarşılıqlı təltifetmə mərasimi də münasibətlərin yüksək səviyyəsinin göstəricisidir. Belə ki, Prezident İlham Əliyev Qırğız Respublikasının ali dövlət mükafatı olan I dərəcəli "Manas” ordeni ilə, Qırğızıstan Prezidenti Sadır Japarov isə Azərbaycanın ən yüksək dövlət təltifi - "Heydər Əliyev” ordeni ilə təltif olunub. Bu iki dövlət başçısı arasında mövcud olan qarşılıqlı etimadın rəsmi diplomatik müstəvidə təsdiqidir”.
 
"Prezident İlham Əliyevin Mərkəzi Asiya ölkələrinin prezidentlərinə Azərbaycanın Mərkəzi Asiya Məşvərət Görüşlərinə tamhüquqlu üzv qəbul edilməsinə görə təşəkkürünü ifadə etməsi də mühüm mesajlardan biridir. Səfər zamanı qəbul edilən Çolpon-Ata Bəyannaməsi isə Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlığın yeni mərhələsinin rəsmi başlanğıcı kimi qiymətləndirilə bilər. Bu dövlət səfəri klassik diplomatik ziyarət formatını aşaraq üç əsas istiqamətdə – iqtisadi, humanitar-simvolik və geosiyasi müstəvilərdə paralel inkişaf nümayiş etdirdi. Bu istiqamətlərin eyni vaxtda inkişafı Azərbaycan–Qırğızıstan münasibətlərinin artıq təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, daha geniş regional əməkdaşlıq arxitekturasının mühüm tərkib hissəsi kimi formalaşdığını göstərir”, - deyə deputat bildirib.

Şahanə Ziyad

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
21:04 04.11.2026
Zelenski: Rusiyanın Zaporojye vilayətində məktəbə hücumunda ölənlərin sayı 40-a çatıb
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
20:58 04.11.2026
BMT sammitinin iştirakçıları "ASAN xidmət"in fəaliyyəti ilə tanış olublar
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
20:51 04.11.2026
Vens: Respublikaçılar seçkilərdə İranla müharibəyə görə məğlub olublar
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
20:39 04.11.2026
Peskov Əbu-Dabidəki üçtərəfli görüşlə bağlı detalları açıqladı
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
20:31 04.11.2026
İordaniya kralı və Tacikistan Prezidenti Qazaxıstana səfər edəcəklər
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
20:25 04.11.2026
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
20:20 04.11.2026
Abituriyentlərə şad xəbər: Daha bir universitetdə hüquqşünaslıq və tibb ixtisasları açılacaq
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
20:16 04.11.2026
“Partiyalara ayrılan vəsait artırılmalıdır” – Arzuxan Əlizadə
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
20:12 04.11.2026
Maştağada müalicə alan xəstələri ələ salan şəxslər cəzalandırıldı
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
20:07 04.11.2026
Şavkat Mirziyoyev Mərkəzi Asiya ölkələri liderlərinin görüşündə iştirak üçün Qazaxıstana yola düşüb
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
20:02 04.11.2026
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
20:00 04.11.2026
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
19:46 04.11.2026
Bu avtobus zolağı artıq 24 saat qüvvədə deyil
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
19:32 04.11.2026
Tsarukyanın həbs müddəti daha 3 ay uzadıla bilər
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
19:11 04.11.2026
Ukrayna və Almaniya Kiyevə sursat təminatını sürətləndirməklə bağlı razılığa gəlib
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq
18:58 04.11.2026
"Barselona"nın futbolçusu Rodri "Atletiko" ilə oyunu buraxacaq