Azərbaycan Prezidentinin tapşırığı ilə Qırğız Respublikasında baş vermiş güclü zəlzələ ilə əlaqədar bu ölkəyə humanitar yardım göndəriləcəkdir
AZXEBER.COM xəbər verir ki, cari ilin noyabrında Qırğız Respublikasının Oş vilayətində baş vermiş güclü zəlzələ dağıntılara səbəb olmuş, infrastruktura ziyan dəymişdir.
Baş vermiş təbii fəlakətlə əlaqədar humanitar yardım göstərilməsi üçün Qırğız Respublikasının Hökuməti Azərbaycan Respublikasının Hökumətinə müraciət etmişdir.
Bununla əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Hökuməti adından Fövqəladə Hallar Nazirliyi hazırda təbii fəlakət zonasına bir milyon manat həcmində humanitar yardımın göndərilməsi üçün hazırlıq işləri görür.