Azərbaycan rayonunda biabırçılıq: kişi arvadını qaçıranı axtarır

Azərbaycan rayonunda biabırçılıq: kişi arvadını qaçıranı axtarır
Bütün Xəbərlər
11:36 17.10.2014
2760
Kənd sakinləri bu rüsvayçı hadisəyə görə...
Şabran rayonunda gərginlik yaşanır.
AZXEBER.COM axar.az-a istinadla xəbər verir ki, rayonda evli bir gəncin ailəli bir qadını qaçırması əhalini qəzəbləndirib. Onların Şabranın Uzunboyad kənd sakinləri olduğu deyilir. Hər ikisinin övladları var.
Məlumatda bildirilir ki, hazırda qızın həyat yoldaşı onları axtarır və bu hadisə kənddə böyük gərginliyə səbəb olub. Kənd sakinləri bu rüsvayçı hadisəyə görə, qadını qaçıran şəxsi Uzunboyaddan qovmağa hazırlaşırlar.
Onların adları bəlli olsa da, etika naminə kimliyini açıqlamırıq. Qeyd edək ki, son dövrlər ölkədə ailə-məişət zəminində müxtəlif hadisələr baş verir. Xüsusilə də qısqanclıq zəminində qətllər, atanın övladının başını kəsməsi, oğulun anasını bıçaqlaması, qardaşın bacını boğub öldürməsi və s. kimi cinayətlərin sayı artmaqdadır.
OXŞAR XƏBƏRLƏR