"Azərbaycan regionun əsas idman gücünə çevrilib"

"Azərbaycan regionun əsas idman gücünə çevrilib"
SOSİAL
15:25 27.12.2024
338
Azərbaycanda bütün sahələrdə olduğu kimi idman sahəsində də böyük uğurlar qazanılır. İdman siyasətinin düzgün müəyyən olunması sayəsində bu sahədə uğurlarımız ildən-ilə artır. Ölkəmiz artıq beynəlxalq səviyyədə idman tədbirlərinin keçirildiyi bir ölkəyə çevrilmişdir.
 
Fərəh hissi ilə qeyd etmək lazımdır ki, bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Başa çatmaqda olan 2024-cü ildə idmançılarımızın əldə etdikləri nailiyyətlər Azərbaycanın idman ölkəsi kimi nüfuzunu daha da artırır. Prezident cənab  İlham Əliyevin ilin idman yekunlarına həsr olunan mərasimində qeyd etdiyi kimi, 2024-cü il də Azərbaycan idmanı üçün uğurlu olmuşdur. İdmançılarımızın beynəlxalq yarışlarda ölkəmizi ləyaqətlə təmsil etdiklərini bildirən dövlət başçısı xüsusilə vurğuladı ki, bu, idmanımızın inkişaf etdiyini göstərir. Buna görə də, uğurlu idman siyasəti nəticəsində qarşıdakı ildə də idman qələbələrimizin davam edəcəyinə heç bir şübhə yoxdur. 

Qazandığımız medallar idman növlərindəki əzmi və istedadı nümayiş etdirdi. İdmançılarımızın yarışdakı uğurları, gənc nəsil üçün ilham mənbəyi oldu və idman mədəniyyətinin inkişafına töhfə verdi. Bu nailiyyətlər, yalnız idmançıların şəxsi uğurları deyil, eyni zamanda ölkənin idman siyasətinin və infrastrukturunun müsbət nəticəsi kimi də qiymətləndirilir. 2024-cü ildəki iştirak, Azərbaycanın idman sahəsindəki potensialını bir daha ortaya qoydu və gələcək uğurlar üçün möhkəm bir baza yaratdı.

2015-ci ildə birinci Avropa Oyunlarına və 2016-cı ildə "Formula-1” Avropa Qran-prisinə, eləcə də IV İslam Həmrəyliyi Oyunlarına evsahibliyi edən Bakı şəhəri Azərbaycanın hərtərəfli inkişafını nümayiş etdirir. Bütün bunlar belə deməyə əsas verir ki, bu sahədə qazandığımız uğurlar Prezident İlham Əliyevin idman siyasəti sayəsində mümkün olmuşdur. Buna görə də, təsadüfi deyil ki, ötən illər ərzində Azərbaycanın regionun əsas idman gücünə çevriləsi təsadüfi qarşılanmır - respublikamızda dünya və Avropa çempionatları və digər yüksək dərəcəli beynəlxalq yarışların keçirildiyini artıq saymaq mümkün deyil.
Gənclərin vətənpərvərlik hisslərinin aşılanmasında idmanın rolu olduqca önəmlidir. İdman, yalnız fiziki aktivliyi deyil, eyni zamanda birgə fəaliyyət, komanda ruhu və qarşılıqlı dəstək prinsiplərini təbliğ edir. Bu, gənclərə həm də öz ölkələrinə olan bağlılıqlarını gücləndirməkdə kömək edir. Dövlətimizin başçısı çıxışında bu məqama da toxunaraq xüsusilə gənc nəslin yetişdirilməsi, vətənpərvərlik hisslərinin gənc nəslə aşılanması üçün idman amilinin çox böyük məna daşıdığını vurğulayıb: "İdman cəmiyyətimizin ayrılmaz hissəsidir. İdmanın və idman qələbələrinin ictimai məkanda çox böyük rolu var. Nəzərə alsaq ki, bu Yay Olimpiya Oyunlarında Azərbaycan müzəffər ölkə kimi, qalib ölkə kimi iştirak edirdi, idmançılarımız isə müzəffər xalqın nümayəndələri kimi iştirak edirdilər. Əlbəttə ki, bu vətənpərvərlik amili daim diqqətdə olmalıdır”. İdman yarışları, gənclərin ölkələrinin uğurlarını dəstəkləməyə təşviq edir. İdmançıların qələbələri, milli qürur hissini artırır və gəncləri vətənpərvər davranışlara yönləndirir. Ümumilikdə, idman gənclərə yalnız fiziki yetkinlik deyil, həm də sosial və mədəni dəyərləri aşılayır, onları öz ölkələrinə bağlı və vətənpərvər insanlara çevirir.

Gələn il Azərbaycan növbəti böyük idman yarışına evsahibliyi edəcək. Azərbaycanın Bakıdan sonra ikinci ən böyük şəhəri olan Gəncədə bu məqsədlə yeni müasir kompleks tikilir. Prezident İlham Əliyev bununla bağlı çıxışında bildirdi ki, üçüncü MDB Oyunlarında 7 min idmançının iştirakı gözlənilir. Dövlət başçımızın sözlərinə görə, bu qədər iştirakçını, onların komandalarını, heyətlərini qəbul etmək üçün şərait yaradılmalıdır və müvafiq göstərişlər verildi. Bu oyunlara da hazırlaşdığımızı diqqətə çatdıran Prezident cənab İlham Əliyev əmin olduğunu bildirdi ki, MDB Oyunlarının ev sahibi kimi Azərbaycan idmançıları, gənc idmançılar yaxşı nəticələr göstərəcəklər.

Bəli, bu gün Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevin təşəbbüsü ilə işğaldan azad olunmuş ərazilərdə bərpa yenidənqurma işləri aparılır, idman zalları, idman meydançaları, olimpiya mərkəzləri və stadionlar tikilir.
Dövlət başçısının Azərbaycan idmanına göstərdiyi qayğının nəticəsidir ki bu gün idmançılarımız dünyanın hər bir nöqtəsində Azərbaycan bayraqını ucaldır, Azərbaycan Himnini səsləndirirlər.

Günel Həsənova, "Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
05:41 16.03.2026
Pakistan açıqladı: Əfqanıstan tərəfinin itkiləri 1500 nəfəri keçib
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
04:24 16.03.2026
Kubada etirazçılar inzibati binaları dağıdır, saxlanılanlar var
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
02:32 16.03.2026
KİV: Yaxın Şərqdəki vəziyyətə görə ABŞ-ın Ukraynaya silah tədarükü gecikir
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
01:39 16.03.2026
Bakıda və Abşeronda məhəllədaxili yollar bərbad vəziyyətdə: Məsuliyyət kimin üzərindədir? - VİDEO
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
01:07 16.03.2026
Hakan Fidan səudiyyəli həmkarı ilə müharibənin dayandırılmasını müzakirə edib
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
00:24 16.03.2026
Araz çayında balıqlar kəskin azalıb - VİDEO
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
00:07 16.03.2026
Əraqçi Yaxın Şərqdə eskalasiyaya səbəb olanların adlarını açıqladı
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
23:53 15.03.2026
Qazaxıstanda keçirilən referenduma dair "exit-poll" nəticələri açıqlanıb
Daha bir güləşçimiz Avropa çempionu oldu
23:40 15.03.2026
Daha bir güləşçimiz Avropa çempionu oldu
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
23:34 15.03.2026
“Dedi, tez qayıdacağıq, soyuqdur, uşağı aparmayaq” - Video
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
23:24 15.03.2026
İranda casusluq şübhəsi ilə 500 nəfər saxlanılıb
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
23:07 15.03.2026
Fərid Şahbazlı: "Qlobal Bakı Forumu dəyişən dünya nizamında mühüm dialoq platformasına çevrilib"
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
23:03 15.03.2026
Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında telefon danışığı baş tutub
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
22:55 15.03.2026
Əraqçı: "İran ABŞ ilə danışıqlara ehtiyac görmür"
Qubada müəllim dəm qazından boğularaq ölüb
22:44 15.03.2026
Qubada müəllim dəm qazından boğularaq ölüb
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu
22:28 15.03.2026
Azərbaycanlı diplomat ölkəyə təxliyə olundu