Azərbaycan Respublikasının adı dəyişdirilməlidir? - MÜNASİBƏT

Azərbaycan Respublikasının adı dəyişdirilməlidir? - MÜNASİBƏT
Bütün Xəbərlər
12:20 07.01.2012
2868

Ötən gün BAXCP sədri, millət vəkili Qüdrət Həsənqluliyev mətbuata açıqlamasında Azərbaycan Respublikasının adının dəyişdirilməsi üçün təklif irəli sürüb.

AZXEBER.COM-un məlumatına görə, partiya sədri təklif edib ki, Azərbaycan dövlətinin adı dəyişdirilərək Şimali Azərbaycan Respublikası olmalıdır. «Türkmənçay və Gülüstan müqavilələri parlamentin iclasına çıxarılaraq müzakirə edilməlidir. Azərbaycan parlamenti hər iki müqaviləyə hüquqi siyasi qiymət verilməlidir. Və parlamentdə rəsmən elan eləməliyik ki, Azərbaycan bölünmüş xalqdır. Mən hesab eliyirəm ki, biz adımızıda dəyişməliyik. Siz görürsünüz ki, indi iki Koreya dövlətinin birləşməsi məsələsi gündəmə gəlib. Vaxtı ilə almanlar birləşdilər indidə növbə Azərbaycana gəlib çatmaldır. Ona görə də Azərbayjan Respublikasının adı dəyişdirlərək Şimali Azərbaycan Respublikası olmalı».

AZXEBER.COM portalı məsələnin ictimaiyyət üçün maraq kəsb etdiyini düşünərək, bir neçə ziyalının fikrini öyrənib. İlk olaraq Azərbaycan Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə məsələ ilə bağlı münasibətini bildirib. Millət vəkili bu cür təklifə ehtiyac olmadığını söyləyib: “Mən Qüdrət Həsənquliyevin təklifini şərh etmək istəmirəm. Çünki bu təklifə ciddi yanaşmıram. Onu deyim ki, bu təklif parlamentdə müzakirə mövzusu belə ola bilməz”.

AZXEBER.COM portalı məsələ ilə bağlı keçmiş millət vəkili, tarixçi Cəmil Həsənlinin də münasibətini öyrənmək istəyib. Ancaq Cəmil Həsənli məsələ ilə bağlı informasiyasının az olmasını əsas gətirərək, münasibət bildirməyib.

Təklifə dəstək verənlər arasında jurnalist, “Yedi devlet bir millet” konseyinin başqanı Azər Həsrət olub. O, bu cür təklifin reallaşmasını arzuladığını və bunun ictimaiyyət üçün çox önəmli olduğunu qeyd edib: “Bu fikri çox müsbət qarşılayıram. Çünki dünya bu problemi görməlidir. Bunun üçün də Azərbaycanın adının Şimali Azərbaycan olması lazımdır. Tarixə nəzər salsaq görərik ki, 90-cı illərin əvvəllərində iki hissəyə bölünmüş Almaniya birləşdi. Hazırda Şimali Koreya və Cənubi Koreyanın birləşdirilməsi məsələsi gündəmdədir. Ancaq biz hələ də Cənubi Azərbaycanın taleyi ilə bağlı heç nə düşünmürük. Mən Qüdrət müəllimin bu təklifi ilə tamamilə razıyam”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
14:21 25.08.2025
Oval Ofisdə gizlətdi, qolf oynayarkən göründü - Trampın əlindəki qançırlar nəyə işarədir?
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
14:15 25.08.2025
İlkin Süleymanovun kassasiya şikayəti üzrə məhkəmənin vaxtı bilindi
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
14:13 25.08.2025
AQC Elmi-Metodiki Şurasının ilk toplantısı keçirildi
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
14:10 25.08.2025
Türkiyədə tanınmış söhbət proqramı bloklandı
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
14:05 25.08.2025
Avropada uçuş təhlükəsizliyi risk altındadır - Rusiya GPS siqnalları yox edir
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
13:44 25.08.2025
Zelenski Xüsusi Əməliyyatlar Mərkəzinə yeni rəis təyin edib
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
13:13 25.08.2025
Mirzoyan: Sülh gündəliyinin həyata keçirilməsi Ermənistanın prioritet vəzifəsidir
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
13:12 25.08.2025
Azərbaycanda bu şəxslər pulsuz dərmanla təmin olunacaq - 13,4 milyon manat AYRILACAQ
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
13:10 25.08.2025
Politoloq: “Macarıstanın Ukraynaya gizli ərazi iddiaları var”
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
13:02 25.08.2025
Dövlət xidmətinin bu səlahiyyəti ləğv edildi
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
13:00 25.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
12:48 25.08.2025
Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununu fransalı hakimlər idarə edəcək
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
12:28 25.08.2025
Sabah bəzi rayonlara leysan yağacaq, şimşək çaxacaq
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
12:12 25.08.2025
İlham Əliyev Böyük Britaniyanın dövlət nazirini qəbul edib
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
12:06 25.08.2025
Qəzzada aclıqdan ölənlərin sayı 300-ə çatdı
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO
11:58 25.08.2025
"Sədərək"dəki dəhşətli yanğın belə başlayıbmış - VİDEO