'Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu' hazırlandı

GƏNCLİK
17:20 14.03.2013
1730
“Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu” hazırlanıb. 
Bu haqda AZXEBER.COM-a toplumun tərtibçisi Cavid Quliyev məlumat verib. O deyib: 
Mən bir Azərbaycan gənci olaraq Gənclər Fondu tərəfindən yaradılmış fürsətdən istifadə edərək öz layihə təklifimi təqdim etdim və “C” kateqoriyası üzrə (fərdi gənclərin layihələri) “Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu” nun hazırlanması və nəşri adlı layihəm qalib layihə kimi elan olundu. Toplunun yaradılması Gənclər və İdman sahələrini əhatə edən qanunvericilik bazasını sistemləşdirmək, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə ” Dövlət Proqramının 6.1.1-ci bəndinin icrasının təmin etmək, gənclərin hüquqi biliklərinin artırılması s. kimi mühüm məqsədləri güdür.Cavid Quliyev daha sonra vurğulayıb: “Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu” Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun ayırdığı qrant vəsaiti hesabına hazırlanmış və nəşr edilmişdir. Nəşrin ərsəyə gəlməsində əməyi olan hər kəsə və maliyyə dəstəyinin göstərilməsinə görə Gənclər Fonduna minnətdarlığımı bildirirəm"Qeyd edək ki, toplunun tərtibçisi Cavid Quliyev hüquqşünas - alim, məsləhətçisi Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun İcraçı Direktoru, redaksiya heyətinin üzvləri: Etibar Əliyev – Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvü, hüquq elmləri üzrə fəlsəfə doktoru; Elman Nəsirov – Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru; Qabil Orucov – Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasının üzvü, İlhamə Qədimova - Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin hüquqi təminat şöbəsinin müdiri; Vüsal Quliyev - Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, hüquq elmləri üzrə fəlsəfə doktorudur.
“Azərbaycan Respublikasının Gənclər və İdman Qanunvericiliyi toplusu” Azərbaycan Respublikasının Konstitusiyasının 148-ci və 149-cu maddələrinə uyğun olaraq, xronoloji baxımdan sistemləşdirilmiş, 01.01.1994-cü – 01.01.2013-cü il tarixlərini əhatə edir. 
Topluda Azərbaycan Respublikasının Konstitusiyası və Məcəllələri, Azərbaycan Respublikasının Qanunları, Azərbaycan Respublikasının Prezidentinin Fərman və Sərəncamları, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Fərman və Sərəncamları, Digər dövlət qurumlarının aktları kimi bölmələr yer alıb, ümumilikdə 848 səhifədən ibarətdir. Vəsait dövlət qurumları, qeyri – hökümət təşkilatları, idman federasiyaları, gənclər, idmançılar, tədqiqatçı – alimlər, müəllimlər, tələbələr və digər maraqlı şəxslər üçün sahəvi qanunvericilik barədə əhatəli məlumatın əldə edilməsi yolunda xüsusi vəsaitdir. Bu baxımdan toplu toplu gənclər və idman sahələrində çalışan və sahəyə marağı olan bütün şəxlər üçün mühüm əhəmiyyət kəsb edir, müxtəlif mənbələrdən qanunvericiliyin axtarışına vaxt sərfini azaltmaqla yanaşı, qanunvericiliyin təkmilləşdirilməsinə təkan verəcək.

OXŞAR XƏBƏRLƏR