Azərbaycan şəhidinin məzarı üzərinə “FEDA” yazılı “Beşiktaş” şərfi qoyulub

MARAQLI
20:27 18.05.2021
981
Vətən Müharibəsi zamanı ötən ilin oktyabrında Füzuli istiqamətindəki döyüşlərdə şəhid olan Azərbaycan Milli Ordusu sıralarında xidmət edən Xəyal Balakişiyevin məzar daşı üzərinə "FEDA” yazılı "Beşiktaş” şərfi qoyulub.

AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, şəhidin ailəsi onun sevimli komandası olan "Beşiktaş”ın çempionluğu şərəfinə bunu edərək övladlarının ruhunu şad etməyə çalışıb.

Şəhidin atası Müseyib Balakişiyev DHA-ya açıqlamasında oğlunun "Neftçi” və "Beşiktaş” azarkeşi olduğunu, bu səbəbdən "ağ-qara” rəngləri sevdiyini söyləyib: "Xəyal "ağ-qara” rəngdə olan "Neftçi” və "Beşiktaş”ın çılğın azarkeşi idi. Oğlum gerbindəki Türkiyə bayrağını xüsusilə vurğulayardı. "Beşiktaş”ın hər oyununu mütləq izləyər, məğlubiyyətinə üzülər, zəfərinə sevinərdi. Mənə həmişə "Beşiktaş”ın himnlərindən birində olan və tribunalarda tez-tez səsləndirilən "Ölümle yaşamı ayıran çizgi, siyahla beyazı ayıramaz ki” oxuyardı. "Beşiktaş”ın Super Liqanın çempionu olması ruhunu şad etdi, mübarək olsun”.

Qeyd edək ki, 1994-cü il təvəllüdlü Xəyal Balakişiyev Vətən Müharibəsinin başladığı ilk gündə könüllü olaraq müraciət edib və oktyabrın 5-də Qarabağdakı döyüşlərə qatılıb. Oktyabrın 25-də şəhid olan Balakişiyev Fəxri Xiyabanda dəfn olunub.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:31 13.02.2025

HƏMAS-la İsrail arasında girov mübadiləsi bu tarixdə davam edəcək

15:26 13.02.2025

"Azərbaycanın regional sülhə verdiyi töhfə artıq qlobal, beynəlxalq aktorlar tərəfindən yüksək qiymətləndirilir"

15:21 13.02.2025

"Bağıraraq danışan adamlar yalançı olur" - Cavidandan Əli Nura cavab

15:13 13.02.2025

Kirkorovun yenidən vergi borcu olduğu ortaya çıxdı

15:11 13.02.2025

"Turan" İnformasiya Agentliyi fəaliyyətini dayandırdı

15:09 13.02.2025

Tehranda Üçüncü Xəzər İqtisadi Forumu keçiriləcək

15:03 13.02.2025

Yeni yaranan ulduzu görüntüləmək mümkün oldu - FOTOLAR

15:01 13.02.2025

"Televiziya auditoriyasının alıcılıq qabiliyyəti daha yüksəkdir" - Rolan Mammadlinski

14:49 13.02.2025

Bu ölkədə ev heyvanlarına pasport almaq məcburi oldu - FOTOLAR

14:48 13.02.2025

"Nike" və "Adidas"a rəqib olan məşhur geyim şirkəti iflas etdi

14:44 13.02.2025

Elnur Bağırov təbii inhisarçılarla "vuruşa" biləcəkmi yaxud "vuruşmaq" istəyəcəkmi?

14:42 13.02.2025

Ukraynada Poroşenko və bir sıra şəxslərə qarşı sanksiyalar tətbiq edildi

14:38 13.02.2025

Azərbaycan millisinin baş məşqçisi mükafata layiq görüldü

14:38 13.02.2025

"Qalatasaray" və "Fənərbağça"nın oyunları saat neçədə, hansı telekanalda?

14:37 13.02.2025

Münxendə avtomobil izdihamın üzərinə sürülüb, xəsarət alanlar var

14:36 13.02.2025

Alişan Sevgililər günündə həyat yoldaşına Ümrə ziyarəti hədiyyə etdi